“Dəyərlərimizə sahib çıxaq!” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dəyərlərimizə sahib çıxaq!” – VİDEO

12:15 - 15 / 01 / 2021
“Dəyərlərimizə sahib çıxaq!” – VİDEO

Qarabağ mətbəxini tanıtdırmaq məqsədilə hazırlanan layihə işıq üzü görüb.

Ötən aylar bir millət və xalq olaraq nə qədər güclü və həmrəy olduğumuzu bütün dünyaya nümayiş etdirdi. Artıq Azərbaycanı dünyanın istənilən ölkəsində güclü və sarsılmaz ordusu olan bir dövlət kimi tanıyırlar. Qüvvəmizə və əzmimizə şahid olan dünya ictimaiyyəti dərin köklərə sahib olan mədəni irsimizi, tariximizi, mədəniyyətimizi və mətbəximizdən də agah olmalıdır.

“Bəli, biz düşmənə hərbdə qalib gəldik. Lakin informasiya müharibəsi hələ də davam edir. Odur ki, hər bir azərbaycanlı daim keşiyimizdə duran əsgərlərimiz kimi ayıq-sayıq olub, öz cəbhələrində - telefon, kompüter kimi rabitə vasitələrinin köməkliyi ilə elektron dünyaya həqiqətlərimizi çatdırmalı, dəyərlərimizə sahib çıxmalıdır. Gücümüzü birliyimizə verib Facebook və Tvitter kimi sosial platformalarda eyni həştəqlərlə izlənmə rekordu qırdığımız günlər hələ də yadımızdadır. Tonusdan düşməməli, eyni qaydada davam etməliyik. 

Elə bu məqsədlə “Mərcan” istehsalçısı “Qarabağ mətbəxi” layihəsinə start verdi. Layihədə böyük həvəslə iştirak edən Xalq artistləri Tünzalə Ağayeva, Elçin Həşimov, Əməkdar artist Rəşad Həşimov, Gülay Zeynallı, Şəhriyar Əbilov, Cavid Gül, Nərmin Kərimbəyova, Eldəniz Məmmədov kimi tanınmış simalar Qarabağ mətbəxinə aid fərqli təamlar hazırlayaraq bu missiyada fəal iştirak etdilər. İstifadə edilən xörəklərin reseptləri Respublikanın baş aşbazı Tahir Əmiraslanovun eyniadlı kitabından götürülüb. #QarabağMətbəxi #KarabakhCuisine yazaraq bu layihə ilə tanış ola, eyni həştəqlərlə videolarımızı paylaşıb, daha böyük izləyici kütləsinə nümayiş olunmasında siz də iştirak edə biləriniz.” – deyə Azerbaijan Poultry Company şirkətinin PR və Kommunikasiyalar meneceri bildirib.

Qeyd edək ki, layihə çərçivəsində çəkilən videolar “Mərcan” istehsalçısının İnstagram, Facebook,Youtube səhifələrindən başqa Xəzər televiziyası vasitəsi ilə də nümayiş olunub.  

Reklam hüququnda

 

Paylaş:
1005

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər