DİM növbəti ödənişsiz sınaq imtahanı keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM növbəti ödənişsiz sınaq imtahanı keçirib

10:11 - 02 / 07 / 2020
DİM növbəti ödənişsiz sınaq imtahanı keçirib

Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə növbəti ödənişsiz sınaq imtahanı keçirilib.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, imtahanlarda iştirak etmək üçün müraciət 25-29 iyun tarixlərində DİM-in saytı vasitəsilə aparılıb 424 nəfər qeydiyyatdan keçib.

Lakin imtahanda 120 nəfər iştirak edib. Çox təəssüf ki, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq bu imtahana təsadüfi yazılan və imtahanda iştirak etməyən şəxslərin sayı daha çox olub. Bir daha xahiş edirik ki, növbəti imtahanlara qeyd edilən vaxtda imtahanda iştirak etmək imkanı olan, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanını verməli olan şəxslər yazılsın.

Xatırladırıq ki, istifadəçilər imtahandan öncə kompüterlərində proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə diqqətlə tanış olmalıdırlar. Əks halda imtahanı vermək mümkün olmur.

İstifadəçilər, həmçinin “ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

Gələcəkdə keçirilməsi nəzərdə tutulan real imtahanda yalnız sınaq imtahanında iştirak etmiş və onu başa çatdırmış, kompüterində lazımi proqram və sistem tələbləri quraşdırılmış şəxslər iştirak edə biləcəklər.

İyunun 30-da keçirilən imtahanda 25 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib. Bu imtahanda bəzi istifadəçilər üçün Zoom proqramı ilə nəzarətçilərlə əlaqə saxlamaq imkanı yaradılıb və canlı bağlantı vasitəsilə prosesə nəzarət edilib.

İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.

Proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alırlar.

Qafar Ağayev

Paylaş:
463

Son xəbərlər

Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54
Bütün xəbərlər