Dinlənilməyən mobil telefonlar məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dinlənilməyən mobil telefonlar məlum olub

17:20 - 25 / 09 / 2020
Dinlənilməyən mobil telefonlar məlum olub

Dünyada mövcud texniki həllərin istənilən mobil telefonu dinləməyə imkan verməsinə baxmayaraq А5/3 şifrləməsi ilə mühafizə olunan "VoLTE" mobil şəbəkələrində danışıqlar ələ keçirilməyə qarşı ən dözümlüsüdür. Bundan başqa, dinləməni çətinləşdirən qurğular mövcuddur. Bu barədə Rusiyanın "Jet Infosystems" şirkətinin eksperti Dmitri Kuramin bildirib.

1news.az ictnews.az-a istinadən bildirir ki, onun sözlərinə görə, telefonların əksər hissəsi ilk növbədə rabitə operatoru tərəfində texniki uyğunsuzluq səbəbindən dinləməyə məruz qalır. "Xüsusi avadanlıq tətbiq edildiyi halda danışıqları real vaxt rejimində ələ keçirmək mümkündür. Mobil telefon danışıqlarını müxtəlif səviyyələrdə - məsələn, proqram təminatı səviyyəsində (söhbət troyan və təhlükəsizlik sisteminə gizli şəkildə yerləşdirilən digər proqramlardan gedir) dinləmək olar", - ekspert qeyd edib.

Digər səviyyə cinayətkarlar tərəfindən sonradan dinlənilən abunəçi qurğularının qoşulduğu operator parametrlərinə uyğun baza stansiyasının yaradılmasıdır. Abunəçi tərəfində qorunması qeyri-mümkün olan dinləmə operatorun şəbəkə infrastrukturu səviyyəsində baş verir.

Bildirilir ki, istehsalçılar tərəfindən dinləmədən qorunmasına zəmanət verilən smartfonlar mövcuddur. Belə qurğular adətən adi telefonlardan baha olur. "Məsələn, "BlackBerry" mobil telefonlarında dinləməni çətinləşdirən şifrləmə sistemi tətbiq olunub. Lakin bu sistemin işləməsi üçün həmsöhbətlərin eyni qurğudan istifadə etməsi tələb olunur", - D.Kuramin vurğulayıb.

1news.az

Paylaş:
946

Son xəbərlər

Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41
Bütün xəbərlər