DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar - FOTO

12:42 - 04 / 06 / 2020
DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar - FOTO

Dövlət Sərhəd Xidmə­ti (DSX) və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qay­da­­­larının möhkəmlən­dirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

1news.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi və Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətin birgə yaydığı məlumata görə, Respublika Hərbi Prokurorluğunun Mətbuat XidmətiBu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general mayoru Rasim Kazımovun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şə­raitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qay­da­­­larının və hərbi intizamın möhkəmlən­dirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud edilib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə mü­şavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yük­səldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

1news.az

Paylaş:
627

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər