Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib

13:56 - 15 / 11 / 2019
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib

Noyabrın 15-də Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Baş Nazirin müavini, Sammitin Təşkilat Komitəsinin sədri Əli Əhmədov dini liderlərin bir araya gəlməsinin heç də asan olmadığını bildirib. “Lakin Azərbaycanda formalaşmış tolerantlıq mühiti ölkəmizi elə bir məkana çevirib ki, burada fərqli dinlərin nümayəndələrinin bir araya gəlməsi mümkün olub”, - deyə o əlavə edib.

Əli Əhmədov bildirib ki, iki gün ərzində Sammitdə çox dəyərli fikirlər səsləndirildi. Prezident İlham Əliyevin tədbirdəki nitqi kifayət qədər diqqətçəkən məqamlarla yadda qaldı. Müasir cəmiyyətimizi düşündürən elə məsələlər var ki, bu məsələlər yalnız dialoq yolu ilə həll oluna bilər. Dini zəmində baş verən problemlərin həllində dini liderlərin üzərinə böyük vəzifələr düşür. Dini rəhbərlərin mənəvi nüfuzu bu baxımdan ən əsas resurslardan biridir. Müasir dünyada dini rəhbərlərin cəmiyyətdə birləşdirici rolunun artırılmasına ehtiyac var.

Sammitin böyük uğurla başa çatdığını vurğulayan Baş Nazirin müavini əmin olduğunu bildirib ki, tədbir ölkəmizdə dinlərarası anlaşmaya öz töhfəsini verəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu Sammitin əhəmiyyəti zaman keçdikcə özünü daha çox göstərəcək. Bu tədbir Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə keçirildi. “Buna görə də dövlətimizin başçısına və birinci xanıma bütün din xadimləri adından təşəkkür edirəm. Müasir dünyada bu kimi tədbirlərə böyük ehtiyac var”, - deyə Allahşükür Paşazadə qeyd edib.

1news.az

Paylaş:
422

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər