Dünyada ilk dəfə internet üzərindən ürək əməliyyatı keçirilib | 1news.az | Xəbərlər
Dünya

Dünyada ilk dəfə internet üzərindən ürək əməliyyatı keçirilib

13:52 - 12 / 09 / 2019
Dünyada ilk dəfə internet üzərindən ürək əməliyyatı keçirilib

Hindistanda həkimlərdən 32 km uzaqlıqda yerləşən xəstənin ürəyində dünyada ilk dəfə məsafədən idarə olunan əməliyyat keçirilib. Bu məqsədlə tədqiqatçılar məsafədən idarə olunan stansiya yaratmalı olublar.

1news.az ictnews.az-a istinadən bildirir ki, "Corindus" şirkəti tərəfindən hazırlanmış "CorPath GRX" robotu ürəkdə qan damarlarını açmaq üçün kiçik bir stend yerləşdirib. Bu, ateroskleroz xəstəliyindən əziyyət çəkən xəstələrdə həyata keçirilən perkutan koronar müdaxilədir.

Sözügedən əməliyyat Hindistanın Əhmadabad şəhərində yerləşən "Apex Heart Institute"un həkimi Tedjas Patelin müşahidəsi altında keçirilib. "Tibb sahəsində belə önəmli hadisənin bir hissəsi olmaqdan böyük şərəf hissi duyuram. Uzaq məsafədən müalicə məqsədilə robot texnikasının tətbiqi ixtisaslaşdırılmış tibbi yardımdan istifadəni təmin edə bilər" - o deyib.

Son bir neçə onillikdə həkimlər robotlara etibar etməyə başlayıblar. İlk avtomatlaşdırılmış əməliyyat 1985-ci ildə keçirilib: neyrocərrahlar daha dəqiq beyin biopsiyası aparmaq üçün robotlardan istifadə etmişdilər.

1news.az

Paylaş:
431

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər