Dünyanın ən bahalı kofesinin qeyri-adi tərkibi | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən bahalı kofesinin qeyri-adi tərkibi

14:01 - 23 / 05 / 2020
Dünyanın ən bahalı kofesinin qeyri-adi tərkibi

Dünyanın ən bahalı qəhvəsi "Black İvory" hesab olunur və onu Şimali Taylandda "Black İvory Coffee Company LTD" şirkəti istehsal edir.

1news.az modern.az-a istinadla xəbər verir ki, "arabika" adlı qəhvə dənələri fillərin nəcisindən əldə edilir.Qəhvə dənələri yem halında hazırlanır, xüsusi nəzarət altında saxlanılan fillərə uddurulur və daha sonra təkrar heyvanların nəcisindən toplanaraq emal olunur. "Black İvory" qəhvəsinin dadını təsirli edən filin mədə turşusudur.

Bu qəhvə 15-70 saat ərzində həzm olunur. Eyni zamanda filin mədəsindəki digər maddələr bu məhsula xüsusi dad verir.Bu qəhvədən 1 fincan içmək istəyənlər təxminən 45-50 ABŞ dolları xəcrləməlidirlər. "Black İvory"nin xüsusi dadının və qoxusunun olduğu deyilir. Fil nəcisindən istehsal olunan bu qəhvə dünya bazarında özünəməxsus yer tutur və onu digər qəhvə növləri ilə qarışdırmaq mümkün deyil. "Black İvory"nin 1 kiloqramı 1100 ABŞ dollarına satılır və ən bahalı qəhvə növü hesab olunur.

Dənələri filin nəcisindən toplandığı üçün onun istehsal prosesi uzun çəkir və bazara yalnız gündəlik 50 kiloqram mal çıxarmaq mümkün olur. Nəcisdə qəhvə emalı yalnız fillərə məxsus deyil. Dünyada xüsusi qaydada saxlanılan pişik, maral və yarasa növlərinin nəcisindən də qəhvə emal edilir.

1news.az

Paylaş:
823

Son xəbərlər

Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36
Bütün xəbərlər