Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur

14:45 - 17 / 10 / 2019
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur

Azərbaycanın dövlət müstəqilliyinin bərpa etməsinin 28-ci ildönümü tamam olur.

SSRİ-nin süqutu nəticəsində baş tutan dövlət müstəqilliyi xalqın qəlbində bəslədiyi istək və arzuların təntənəsi olmaqla yanaşı eyni zamanda ölkəmizin gələcək inkişafı baxımından möhtəşəm şans və başlanğıc idi.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov “18 oktyabr. Etiraf anı” sərlövhəli məqaləsində qeyd edib.

O bildirib ki, müstəqilliyə qovuşduqdan sonra ilk iki ili çıxmaq şərti ilə artıq tarixə çevrilmiş 26 il milli dirçəlişin və inkişafın, müstəqil dövlət quruculuğunun, sabitliyin və əminamanlığın, daim yüksələn sosial rifahın və müasirliyin bariz ifadəsi kimi yaddaşlara həkk olunub:

 “Fərəhləndirici haldır ki, Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur. Bir nəslin gözləri önündə həyat bütünlüklə dəyişdi, müstəqilliyin ilk iki ilinə təsadüf edən səriştəsiz və məsuliyyətsiz rəhbərlərin səhvləri və günahları üzündən hərtərəfli böhran məngənəsində sıxılan, dağıntı və talanlardan əziyyət çəkən ölkə qısa zaman kəsiyində çiçəklənən məmləkətə çevrildi. Orta və yuxarı yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycanı bu gün 30 yaşına qədər olan insanlar görməyib və bəlkə də ölkəmizdə gerçəkləşən möcüzəni, onun əsl mahiyyətini, miqyasını tam dərk edə bilmirlər. Çünki onların təsəvvüründə yalnız indiki Azərbaycan, onun gözəllikləri həkk olunub. Gənclərin rahatlığından məmnun olduğu indiki həyatın və ümumiyyətlə bugünkü Azərbaycanın 1990-cı illərin əvvəllərindəki Azərbaycandan nə qədər uzaq məsafədə olduğunu bilməsi yaxşı olardı. Onda ölkənin həyatında baş verən əzəmətli tarixi dəyişikliyin miqyasını və əhəmiyyətini daha düzgün, daha ədalətli qiymətləndirə bilərdilər”.

Ə.Əhmədov qeyd edib ki, 18 oktyabr Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda verdiyimiz qurbanları xatırlamaq üçün yaxşı bir fürsətdir: “Azadlıq, müstəqillik yolunda canlarından keçənlərin xatirəsi unudulmur, hörmət və ehtiramla yad edilir. Onlar dövlətimizin bütövlüyü və azadlığı yolunda şəhid olmuş qəhrəmanlardır.

Bu əlamətdar gündə müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin xatırlanması, xatirəsinə xalq hörməti və ehtiramının ifadə edilməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Xalqın onillərlə arzusunda olduğu müstəqilliyin qorunması, saxlanılması, əsl milli dəyərə və nemətə çevrilməsi müstəqilliyin ali ifadəsi sayılan dövlətin qurulması müstəsna olaraq onun xidməti sayəsində mümkün olmuşdur. Azərbaycanın müasir tarixinin şahidi olanların və istər ölkə daxilində, istər ölkə xaricində bu tarixi izləyənlərin hər biri Heydər Əliyevin 1993-cü ilin iyun ayında tarixi qayıdışını Azərbaycan dövlətçiliyinin xilası kimi dəyərləndirir. Əgər bu qayıdış baş tutmasaydı ölkəmiz və onun hər bir sakini fərqli tale və tarix yaşamalı olacaqdı. Yalnız Heydər Əliyevin müdrikliyi, təcrübəsi, iradəsi və qətiyyəti sayəsində ölkə bütün mümkün faciələrdən, təlatümlərdən, parçalanmalardan xilas oldu, insanların səbirsizliklə gözlədiyi sabitlik və əminamanlıq bərpa edildi, Azərbaycana misilsiz iqtisadi və geopolitik dividendlər gətirən (və bu gün də gətirməkdə davam edən) əsrin neft müqaviləsi imzalandı. Bütün bunların nəticəsində müstəqillik əbədi və dönməz oldu, insanlar onun real bəhrəsini gördü, həqiqi dəyərini və mənasını hiss etməyə başladı.

Bu gün eyni zamanda 2003-cü ilin prezident seçkilərində xalqın dərin etimadını qazanan Prezident İlham Əliyevin yürütdüyü siyasətin möhtəşəm təntənəsinin etiraf anıdır. Şərəfli tarixə çevrilmiş 16 il ərzində iqtisadiyyat 3 dəfə böyüdü, Azərbaycan dövlətinin qüdrəti misilsiz dərəcədə artdı, ordumuz gücləndi və dünyada 52-ci pilləyə yüksəldi. Ölkənin siması tanınmaz dərəcədə dəyişdi, müasirləşdi. Azərbaycan yaşamaq və işləmək üçün cazibədar məkana çevrildi. Əhalinin rifahını ardıcıl olaraq yaxşılaşdıran layihələr həyata keçirildi və həyata keçirilməkdədir. Yeni islahatlar strategiyası hazırlanıb uğurla tətbiq edilməkdədir. Azərbaycan indi dünyada ən çox islahat keçirən ölkələrdən biri kimi tanınır.

Həyatımızda baş verən dərin transformasiya insanlarımızda, onların nəinki həyat və məişətində, habelə düşüncələrində, həyata münasibətində müsbət dəyişikliklərlə müşaiyət olunur. Nikbinlik, ictimai fəallıq, vətənpərvərlik, müasirlik bugünki azərbaycanlını fərqləndirən başlıca xüsusiyyətlərdir. O özünün və övladlarının gələcəyini ölkəmizin hazırki inkişafından ayrı təsəvvür etmir və buna görə də bu inkişafı həm qorumağa, həm də ona töhfələr verməyə hazırdır. Xalqın və iqtidarın birliyi həyatımızın nəinki reallığı, eyni zamanda gələcək uğurlarımızın rəhnidir.

18 oktyabr etiraf anı hər şeydən əvvəl bir daha xalqımızın və dövlətimizin qarşısında dahi Heydər Əliyevin müstəsna xidmətlərinin dərk edilməsindən və qiymətləndirilməsindən keçir. Bu eyni zamanda son 16 ilin inkişafının, müasirləşməsinin, Azərbaycanın gücünün, qüdrətinin, dünyadakı rolunun və müsbət imicinin, insanlarda gələcəyə sönməz inamın formalaşmasının memarı Prezident İlham Əliyevin müstəsna xidmətlərinin bir daha dərk edilməsi və qiymətləndirilməsi anıdır. Xalqla iqtidarın haqqında bəhs etdiyimiz sarsılmaz birliyi məhz buna arxalanır.

Azərbaycanın dövlət müstəqilliyi əbədi olsun”.

S.Xankişiyeva

 

Paylaş:
417

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər