Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, bugünü və gələcəyidir | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, bugünü və gələcəyidir

16:09 - 19 / 09 / 2019
Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, bugünü və gələcəyidir

Heydər Əliyev dühasının, iradəsinin və müdrikliyinin məhsulu olan, “Əsrin müqaviləsi” adını almış məşhur neft sazişinin imzalanmasından 25 il ötür. Dünyada neftin və qazın hasil və nəql edilməsi ilə bağlı çox müqavilələr imzalansa da, “Əsrin müqaviləsi” adını daşıyan saziş Azərbaycanın kapbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədardır.

1news.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov facebook səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin o zaman üçün məlum olan risklərdən qorunması, beynəlxalq aləmdə tanınması və gələcək inkişafının əsaslarının qoyulması “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində mümkün oldu:

“Kasıb, müharibə vəziyyətində olan, xarici təhlükələri hələ tam neytrallaşdıra bilməmiş bir ölkədə on milyardlarla dollar həcmində sərmayənin qoyulmasını nəzərdə tutan layihənin həyata keçirilməsi səhmdarlardan ötrü böyük risk idi. Lakin onlar Heydər Əliyevin şəxsiyyətinə və qüdrətinə inandıqlarına görə bu riskə getdilər. Bu, Heydər Əliyevin uzaqgörənliyinin, zəkasının və dövlət adamı kimi qətiyyətinin təntənəsi idi. Tam mübaliğəsiz deyirəm ki, Azərbaycanın ötən əsrin 90-cı illərinin daxili və xarici risklər baxımından məlum reallıqları şəraitində “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaq nəinki müdriklik və dahilik, həm də böyük qəhrəmanlıq nümunəsi idi. Heydər Əliyev mürəkkəb geopolitik “savaşdan” milli qəhrəman kimi çıxdı.
Artıq 25 ildir ki, “Əsrin müqaviləsi” Azərbaycana xidmət göstərir. Onun sayəsində ölkəmizin dövlət xəzinəsinə milyardlarla vəsait daxil olub. Həmin pullar hesabına Bakının, şəhər və kəndlərimizin siması tanınmaz dərəcədə dəyişdi, yollar salındı, məcburi köçkün əhali üçün gözəl, müasir şəhərciklər inşa edildi, məktəblər, xəstəxanalar tikildi, ordumuz gücləndi və qüdrəti artdı, həyatımız və taleyimiz bütünlüklə dəyişdi. İndi Azərbaycanda yaşamaq xoş, cəlbedici və qürurvericidir. Onu da qeyd etmək istəyirəm ki, “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir. Ondan sonra neçə-neçə yeni sazişlər imzalanıb və ölkəmizin gələcəyini daha firəvan, daha çiçəklənən edəcəkdir”.


YAP rəsmisi vurğulayıb ki, Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, onun gələcəyinin təməlini yaratdı: " Bu gün hər bir azərbaycanlı misilsiz xidmətlərinə görə Ona dərin minnətdarlıq hisslərini ifadə edir, Heydər Əliyev siyasətinə sədaqətini bildirir və Prezident İlham Əliyevin ətrafında sıx birləşir.
Bu günümüz gözəldir, gələcəyimiz isə daha gözəl olacaq".

1news.az

Paylaş:
506

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər