Emin Həsənli: “Ölkəmizdə elə gənclər var ki, torpaqlarımız işğal altında qala bilməz” | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Həsənli: “Ölkəmizdə elə gənclər var ki, torpaqlarımız işğal altında qala bilməz”

15:47 - 23 / 09 / 2020
Emin Həsənli: “Ölkəmizdə elə gənclər var ki, torpaqlarımız işğal altında qala bilməz”

“Dünyanın ən məşhur hərbi ekspertləri və hərbi sahəyə aid olan təşkilatlar Azərbaycan ordusunu dünya orduları içərisində ilk 50-liyə aid edirlər”.

Bözləri 1news.az-a açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib. O bildirib ki,  Dünyada keçirilən bir çox hərbi təlimlər də, yarışlar da,ordumuz ilk yerləri tutub.

“2016-cı il Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu çox güclüdü, ən müasir silah-sursat ilə təmin olunub və onu idarə edərcək peşəkar hərbçilərimiz var. Həm hərbçilərimizin ruh yüksəkliyi yaxşıdı, həm də döyüş əzmi və peşakarlığı yüksək səviyyədədir. Azərbaycan ordusu qarşısına qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazırdı. Ordumuz hərbi-elmi qanunlara əsasən qurulub, orduda kadr hazırlığı yüksək səviyyədədir, bizim hərbi akademiyamız var, hərbi məktəblərimiz var, istənilən ordu növündə Azərbaycan ordusunun hazırlığı yüksək səviyyədədi. Hər il ordumuzda keçirilən təlimlər ordumuzun döyüş vəziyyətinə nə qədər hazır olduğunu göstərir. Son illər qardaş Türkiyə ilə birgə keçirilən təlimlər keçirilən təlimlər də buna sübutdur. Dünyanın ən güclü ordularından biri olan Türkiyə ordusu ilə birgə təlimlər keçirmək Azərbaycan ordusunun gücünü göstərir. Təlim o halda uğurlu olur ki, təlimdə iştirak edən hər iki tərəf peşəkar olsun. Azərbaycan ordusunun da peşəkar olduğunu Türkiyənin Müdafiə naziri, Baş qərarhah rəisi, Quru qoşunlar komandanı  dəfələrlə bildirib. 2016-cı ilin aprelinə qədər ermənilər bir mif yaratmışdı ki, keçilməz Ohanyan xətti var, amma Azərbaycan ordusu Ohanyan həddini qısa zamanda darmadağın etdi”.

E.Həsənli bildirib ki, Azərbaycanda müasir hərbi hissələr tikilib, müasir hospitallar, hərbi təhsil müəssiələri var.

“2013-cü ildən sonra əsgərlər ancaq döyüş tapşırıqlarını həyata keçirirlər. Orduda xidmətdənkənar bütün mülkü işləri mülkü vətəndaşlar həyata keçirir. Hərbçilərimiz ancaq təlimlərlə məşğuldular. Bir çox sahələr üzrə isə artıq müqaviləli orduya keçirilir, müddətdən artıq hərbi qulluqçular və gizirlər xidməti yerinə yetirir. İnanırıq ki, ordumuz tez bir zamanda torpaqlarımızı işğaldan azad edəcək. Bu gün Azərbaycan ordu xalq birliyi, Prezident xalq birliyi var. Xalq Ali baş komandanına və ordusuna güvənir. Ölkəmizdə elə gənclik var ki, torpaqlarımız işğal altına qala bilməz”.

Emin Həsənlinin sözlərinə görə, ermənilərin Tovuz istiqamətdinə təxribatlarından sonra əhalimiz Şəhidlər xiyabanına toplaşdı və döyüşə hazır olduğunu bəyan etdi.

“Cənab Prezidentin çıxışından sonra 50 mindən çox şəxs könüllü olaraq döyüşmək üçün  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müraciət etdi. Onu da nəzərə çatdıraq ki, hazırda ölkəmizdə səfərbərlik yoxdur, hər il olduğu kimi hərbi toplanış keçirilir. Burada da məqsəd ondan ibarətdir ki, hərbi qulluqçuların bilik və bacarığı artsın, müasir texnika ilə tanış olsunlar. Minlərlə gənc bu prosesə böyük həvəslə qoşuldu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yüzlərlə şəxs müraciət etdi ki, onları da təlimlərə cəlb etsinlər. Bizim təşkilata, hərbi yönümlü QHT-lərə müraciətlərin ardı arası kəsilmir. Bu gün Azərbaycan xalqında vahid bir mövqe var, hamı torpaqların azad edilməsini istəyir, hərkəs müharibə istəyir, döyüşmək istəyir”.

Qafar Ağayev

Paylaş:
723

Son xəbərlər

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45
Bütün xəbərlər