Ən böyük həvəskar futbol liqası olan LSS MFL 2019/2020 dördüncü mövsümdə iştirak etmək istəyən komandaların qeydiyyatı davam edir | 1news.az | Xəbərlər
Futbol

Ən böyük həvəskar futbol liqası olan LSS MFL 2019/2020 dördüncü mövsümdə iştirak etmək istəyən komandaların qeydiyyatı davam edir

13:59 - 06 / 09 / 2019
Ən böyük həvəskar futbol liqası olan LSS MFL 2019/2020 dördüncü mövsümdə iştirak etmək istəyən komandaların qeydiyyatı davam edir

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan LSS MFL 2019-2020-ci - dördüncü mövsümdə iştirak etmək istəyən komandaların qeydiyyatı davam edir.

Digər mövsümlərdə olduğu kimi bu mövsümə də böyük maraq var. Yeni mövsümdə çıxış etmək istəyən komandaların sayı çox olduğundan yerlər də məhduddur.

Ərizə və sənədlərin son qəbul tarixi 20 sentyabrdır. Futbolsevərlərin böyük maraqla gözlədiyi yeni mövsümə isə 14 oktyabr tarixində start veriləcək.

MFL nədir?

MFL – futbol həvəskarları tərəfindən FUTBOL HƏVƏSKARLARI ÜÇÜN yaradılan liqadır.

Liqanın məqsədi - mümkün qədər çox həvəskar futbol komandasını ən yüksək səviyyədə təşkil edilən turnir çərçivəsində birləşdirməkdir.

MFL-in oyunları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA idman kompleksinin meydanlarında keçirilir.

Hər bir oyuna tərkibində MFL-in koordinatorları, AFFA-nın hakimləri, peşəkar həkim və MFL-in İntizam Komitəsinin üzvlərinin daxil olduğu briqada nəzarət edir. Bu da Liqada yüksək peşəkarlığı və obyektivliyi təmin etməyə imkan verir.

Liqanın formatı:

Bu mövsüm 50 komandanın iştirakı planlaşdırılır. Bunlardan 45 komanda qeydiyyat haqqını tam ödəməklə turnirə qatıla bilər, 5 komanda isə “Muğanbank”-ın sponsorluğu ilə keçirilən təsnifat mərhələsində qalib gələrək liqada pulsuz iştirak etmək hüququ qazanacaq.

LSS, Muğanbank, McDonald's və BOS Shelf kimi nüfuzlu şirkətlərin sponsorluğu ilə keçiriləcək LSS MFL 2019-2020-ci mövsümündə iştirak edən komandalar hər birində 25 komanda olmaqla 2 konferensiyaya bölünəcəklər. Komandalar aralarında bir dəfə görüş keçirəcəklər. Cavab oyunları nəzərdə tutulmur.

Hər konferensiyadan 8 komanda olmaqla 16 komanda play-off mərhələsinə vəsiqə qazanacaq.

Yeni mövsüm CBC Sport telekanalının və 1news.az informasiya agentliyinin informasiya dəstəyi ilə keçiriləcək.

Turnirin mükafat fondu və qeydiyyat üçün ödəniş

Mükafat fondu aşağıdakı kimidir:

- Qalib 10.000 manat alacaq,

- İkinci yerin qalibi 2.000 manat,

- Üçüncü yeri tutan komanda növbəti mövsümdə pulsuz çıxış etmək hüququ qazanacaq,

- Liqanın ən yaxşı oyunçusu 400 manat pul mükafatı əldə edəcək,

- Ən yaxşı assistentlər, qapıçı və bombardir isə 300 manat pul mükafatı qazanacaq.

Qeyri-korporativ ad altında çıxış edən (şirkət adı olmayan) komandalar 1000 manat qeydiyyat haqqı ödəməlidirlər.

Korporativ ad altında çıxış etmək istəyən komandalar isə (misal üçün, sponsorluq edən şirkətin adı altında) 2000 manat ödəməlidirlər.

Heyətində minimum 8, maksimum isə 16 oyunçu olan istənilən komanda qeydiyyatdan keçə bilər. Onlardan ən azı 2-si qapıçı olmalıdır. Komandanın kapitanı və vitse-kapitanı da göstərilməlidir. Eyni zamanda bir və yaxud iki məşqçi də sifariş verilə bilər. Oyun zamanı meydanda 5 sahə oyunçusu və 1 qapıçı olacaq.

Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:

Telefonlar: (070) 269-00-21, (055) 587-53-54

E-mail: [email protected]

1news.az

 

 

Paylaş:
2920

Son xəbərlər

Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09
Bütün xəbərlər