Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər açıqlandı | 1news.az | Xəbərlər
Futbol

Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər açıqlandı

16:42 - 25 / 09 / 2020
Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər açıqlandı

UEFA 2019/2020 mövsümü üçün ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqlayıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, "Bavariya"dan Manuel Noyer və Robert Levandovski, "Mançester Siti"dən isə Kevin de Bruyne ən yaxşı futbolçu adına namizəddir.

Hans-Diter Flik ("Bavariya"), Yulian Naqelsmann ("Leyptsiq") və Yurgen Klopp ("Liverpul") isə ən yaxşı baş məşqçi adına namizəd olublar. Maraqlıdır ki, hər üç mütəxəssis almandır.

Münhen təmsilçisi ötən mövsüm Hans Flikin başçılığı ilə Bundesliqanın, Almaniya kubokunun,  eləcə də Çempionlar Liqasının qalibi olub.
 
"Liverpul" isə "Yurqen Klopp" ilə UEFA Superkubokunu qazanıb və 30 illik fasilədən sonra İngiltərə Premyer Liqasının qalibi olub.

Yulian Naqelsmanna gəldikdə isə "Leypsiq" 33 yaşlı məşqçi ilə Çempionlar Liqasının yarımfinal mərhələsinə kimi irəliləyib.

Qeyd edək ki, qaliblər oktyabrın 1-də, Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.

1news.az

Paylaş:
748

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər