Ərdoğan: Suriyanın şimalında 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: Suriyanın şimalında 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib

14:33 - 15 / 10 / 2019
Ərdoğan: Suriyanın şimalında 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib

PKK, İŞİD, FETÖ kimi terror təşkilatlarının varlığı təhlükəsizlik sahəsində əməkdaşlığımızın əhəmiyyətini artırıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bu il oktyabrın 9-dan etibarən PKK terrorçularına qarşı aparılan “Barış bulağı” hərbi əməliyyatları uğurla davam edir: “Barış bulağı” hərbi əməliyyatlarının iki əsas məqsədi var. Birinci olaraq Suriyanın şimalında PKK təhdidinin tamamilə aradan qaldırılmasıdır. İkinci əsas vəzifəmiz isə, 8 ildir qonaq etdiyimiz 3 milyondan çox suriyalı ərəbin öz torpaqlarına qaytarılmasını təmin etməkdir”.

Türkiyə Prezidenti qeyd edib ki, Suriyanın şimalında aparılan hərbi əməliyyatlar nəticəsində təxminən 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib:

“Menbiçdən İraq sərhədimizə qədər ərazini təhlükəsiz bölgəyə çevirəcəyik. İlk mərhələdə 1 milyon, daha sonra isə 2 milyon suriyalı qaçqının öz torpaqlarına könüllü qayıdışını təmin edəcəyik. Hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik”.

S.Xankişiyeva

 

 

Paylaş:
391

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər