Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar | 1news.az | Xəbərlər
Siyasət

Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar

16:41 - 15 / 11 / 2019
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar

Noyabrın 14-də Vaşinqtondakı Alman Marşal Fondunda keçirilən və ABŞ-da səfərdə olan Ermənistan parlamenti spikerinin müavini Vahe Enfiajyanın, Lilit Makuntsun (Paşinyanın “Mənim addımım” alyansının rəhbəri), Edmon Marukyanın və Tatevik Hayrapetyanın çıxış etdikləri “Ermənistanda məxməri inqilabın vədləri: demokratik islahatların irəli aparılması və ABŞ ilə strateji əməkdaşlığın gücləndirilməsi” adlı tədbir erməni parlamentarilər üçün uğursuzluqla nəticələnib. Ermənistanın yeni hökumətinin təbliğinə yönələn bu tədbirə bir neçə həftə hazırlıq görülsə də, iclasa cəmi 13-14 nəfər qatılıb.

Bu, bir daha Ermənistanın “islahat” iddialarına ABŞ tərəfindən skeptik yanaşmanı nümayiş etdirir. Bununla yanaşı, Türkiyə Prezidentinin ABŞ-a səfəri erməni deputatlarının bu səfərini kölgədə qoyub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən erməni deputatlar iddia olunan “demokratik islahatlar”ın mahiyyəti məsələsinə aydınlıq gətirməyib, iqtisadiyyatın gücləndirilməsi və Ermənistan əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində Paşinyan hakimiyyətinin hansı işlər gördüyü barədə suallara cavab verməyiblər. Erməni parlamentarilər “məxməri inqilab” adlandırdıqları prosesin xarici siyasətdə dəyişikliyə səbəb olmayacağı barədə tezisi təkrarlayıblar. Onlar ABŞ-la strateji dialoqa başladıqlarını qeyd etsələr də, bu dialoqun hansı məzmuna malik olduğu ilə bağlı sualın cavablandırılmasında çətinlik çəkiblər.

“Ermənistanın sülh səylərinə sadiq olduğu” və “Ermənistan və Azərbaycan ilə yanaşı, “Dağlıq Qarabağ əhalisi”nə sərf edən həll yolunun tapılmasına çağırış”a dair Paşinyan hakimiyyətinin mövqeyini təkrarlanması qarşılığında Azərbaycan diplomatı tərəfindən verilən sual erməni parlamentarilər arasında çaşqınlıq yaradıb. Belə ki, onlar Azərbaycanın işğal olunmuş ərazilərindən 750 mindən çox əhalinin qovulması, eləcə də məcburi köçkünlərin geri qayıtmaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bölgənin gələcək statusunun müəyyənləşdirilməsi barədə münaqişənin həlli mexanizmi kontekstində “Dağlıq Qarabağ əhalisi” anlamının hansı mənanı ifadə etməsi, habelə bir qonşu ölkənin ərazisinin işğalının, digərinə (Türkiyə) qarşı isə ərazi iddialarının Ermənistanın “demokratik və islahatçı” siyasətinə nə dərəcədə uyğun gəlməsi ilə bağlı suallarına cavab verə bilməyiblər.

Bununla yanaşı, tədbirdə Ermənistanın ABŞ-ın maliyyə dəstəyi ilə tikdiyi bioloji laboratoriyalara Rusiyanın girişinə icazə verməsinin ABŞ tərəfinə necə izah olunduğu və Ermənistanda Rusiya bazasının saxlanmasının hansı məqsədlərə xidmət etdiyi ilə bağlı Azərbaycan əsilli jurnalist Rafiq Qurbanzadə tərəfindən verilən suallar erməni deputatların narahatlığına səbəb olub. Bundan əlavə, erməni parlamentarilər digər iştirakçıların Ermənistanda məhkəmə islahatlarının müddəti, Suriyaya missiya göndərməsinin səbəbləri, ABŞ ilə əməkdaşlığın məzmununun nədən ibarət olduğu barədə suallarına olduqca səthi cavablar verməklə kifayətləniblər.

Beləliklə, erməni parlamentarilərin çıxışları Ermənistanda iddia edilən “islahatlar”la bağlı məlumat kasadlığı ilə yanaşı, ünvanlanan suallara əsassız və səthi cavab vermələri ilə yadda qalıb.

S.Xankişiyeva

 

Paylaş:
461

Son xəbərlər

Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01
Bütün xəbərlər