Fransa nüfuzunu və milli maraqlarını erməni lobbisinə qurban verəcəkmi? - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Fransa nüfuzunu və milli maraqlarını erməni lobbisinə qurban verəcəkmi? - TƏHLİL

17:40 - 26 / 11 / 2020
Fransa nüfuzunu və milli maraqlarını erməni lobbisinə qurban verəcəkmi? - TƏHLİL

Noyabrın 18-də Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib, layihə cəmi bir neçə gün sonra – noyabrın 25-də tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılıb və qəbul olunub.

Əlbəttə, Fransa Senatı tərəfindən atılan bu addım bizim üçün təəccüblü deyil. Çünki sentyabr ayının 27-dən başlayan 44 günlük müharibədə Fransa Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsilə bağlı haqlı davasının müdafiə etməkdənsə, işğalçı dövlət olan Ermənistanın xeyirinə bəyanatlar verməyə başladı.

Bu qətnamə sənədinin mətninə nəzər yetirdikdə bəlli olur ki, senatorları Dağlıq Qarabağda erməni əhalisinin taleyini sadəcə bəhanə edir. Aydın olur ki, Türkiyə və Azərbaycanın getdikcə güclənməsi və birliyi senatorları ciddi narahat edir. Belə ki, Dağlıq Qarabağ münaqişəsində Ermənistan və Azərbaycan tərəf olsa da, qətnamədə Türkiyənin adı daha çox çəkilir.

30 ilə yaxındır Azərbaycanın ərazilərinin işğal altında olmasına baxmayaraq ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa Azərbaycanın haqlı mövqeyinin müdafiəsi üçün bir addım belə atmayıb. Əksinə, illərdir işğalçı Ermənistana, qondarma quruma dəstək verməyə davam edir.

Fransa senatının addımı bu ölkənin rəsmi qurumları, dövlət rəsmiləri tərəfindən də narahatlıqla qarşılanıb. Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirərək deyib ki,  bu addım heç bir fayda verməyəcək.

Məsələ ilə bağlı şərh verən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil.

"Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur"- deyə, H.Hacıyev qeyd edib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanata uyğun olaraq, Azərbaycan işğal altındakı ərazilərini azad edir və bununla da münaqişəyə birdəfəlik son qoyulur.

“Yaranmış yeni vəziyyətdə üçüncü dövlətlərin, o cümlədən Fransanın münaqişə bölgəsindəki vəziyyətə müdaxilə etməsi bölgədə sülhün bərqərar edilməsinə yox, əksinə, münaqişənin yenidən qızışdırılmasına xidmət edir. Fransa Senatında qəbul olunmuş qətnamə məhz belə bir kobud müdaxilədir.

Deputat deyib ki, Senatın qətnaməsi heç bir hüquqi əhəmiyyətə malik deyil, tövsiyə xarakteri daşıyır və yaxın günlərdə baxılmaq üçün Fransa hökumətinə təqdim olunacaq.

"Fransa hökuməti, öz növbətində, məlum qərara münasibətini açıqlamalıdır. Hökumətin bu qərara münasibətinin mənfi olacağına inanıram. Əks halda, Fransa Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik ifadə etmiş olacaq. Belə bir qərarın hökumət tərəfindən dəstəklənməsi BMT Nizamnaməsinə, Fransanın üzv olduğu çoxsaylı beynəlxalq konvensiyalara, eləcə də Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında bağlanmış çoxsaylı əməkdaşlıq sazişlərinin ruhuna ziddir və Azərbaycan tərəfindən qəbuledilməzdir. Belə bir addım BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın imicinə ciddi xələl gətirməklə yanaşı, həm də onun ATƏT-in Minsk qrupundakı həmsədrlik statusundan irəli gələn vəzifələrinə və öhdəliklərinə ziddir. Belə bir qərarı dəstəkləyəcəyi halda Fransa dövlətinin Minsk qrupunun həmsədri qismində münaqişənin həlli prosesində iştirakı mümkünsüz olacaq”.

C.Feyziyev qeyd edib ki, noyabrın 10-da imzalanmış Bəyanatın əsasında Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü təmin edib və bu, onun suveren hüququdur.

"İşğaldan azad olunmuş ərazilərdə yaşayacaq erməni əsilli vətəndaşların statusu ilə bağlı məsələ Azərbaycan dövlətinin daxili işidir və Azərbaycan Respublikasının Konstitusiyası dini, irqi və etnik mənsubiyyətindən asılı olmayaraq ərazisində yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə təminat verir. Nə Fransa Respublikası, nə də istənilən digər dövlət Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə mane ola bilməz. Fransa Senatı tərəfindən qəbul olunmuş hər hansı bir qərar və Fransa hökumətinin bu qərara istənilən münasibəti Azərbaycan Ordusunun 44 günlük savaşda əldə etdiyi nailiyyətlərə, eləcə də Azərbaycan diplomatiyasının uğurlarına kölgə sala bilməz. Qarabağ Azərbaycandır!"

Qafar Ağayev

 

Paylaş:
669

Son xəbərlər

Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59
Bütün xəbərlər