“Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək”

09:41 - 01 / 12 / 2020
“Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək”

Ermənilərin işğal edilmiş Azərbaycan ərazilərində yandırdıqları və qırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək.

1news.az bildirir ki, bunu Trend-ə "Ekostil-Azərbaycan" Təbiəti Mühafizə İctimai Birliyinin sədri Elman Yusifov deyib.

Ekspert bildirib ki, meşələr məhv olduqda o, birdən-birə deyil, 100-150 ilə bərpa olur. Bəzən isə bərpa müddəti flora cinsindən asılı olaraq, 200 il çəkir: "Ermənilərin işğal edilmiş meşələri məqsədli şəkildə yandırması meşəsizləşmə yaradır. Meşə yanırsa, 10-15 il sonra orada ot yaranır. Otdan sonra orada orta ölçülü kolluqlar, sonra hündür kolluqlar, sonra seyrək meşə kolları və meşə yaranır. Həmin yanan meşə sahələrində meşələrin tamamilə bərpasına 100-150 il vaxt lazımdır. Təbii ki, bərpa edildiyi zaman da meşə həmin meşə olmayacaq, onun tərkibi dəyişəcək".

Ekspert qeyd edib ki, meşələrin cins tərkibində dəyər qiymətinə görə birinci yeri palıd ağacı tutur. Daha qiymətli ağac sayılan palıdın qabığı, yarpağı, kökü, oduncağı də dəyərli hesab edilir. Əhəmiyyətinə görə ikinci yeri fıstıq, daha sonra vələs, qarağac və s. ağaclardan ibarət meşələr tutur.

E.Yusifov əlavə edib ki, yandırılmış ərazilərdə əmələ gələn meşələrin qiymət dəyəri də azalır. Buna görə də həmin ərazilərdə 100-150 ildən sonra yaranacaq meşələrin dəyərsizləşəcəyi, onların indiyə qədər mövcud olan cins tərkibindən ibarət olmayacağı gözlənilir.

Bunun səbəbini izah edən E.Yusifov bildirib ki, ağacların böyümə sürəti fərqlidir. Əgər palıd ağacları kütləvi şəkildə qırılırsa, onların yerini aşağı qiymətli ağaclar sürətlə tutur:

"Palıd ağacı əmələ gəldikdən sonra 7 il cırtdanboylu - təxminən 20 sm olur. O, bu müddətdə ancaq kökünün inkişafına güc verir. Yalnız 7 ildən sonra inkişafa başlayır. Amma bu, 7 il ərzində onun yaxınında olan vələs, qarağac artıq 1,5 metr böyüyəcək və palıd ağacını sıxışdıracaq. Onlar da cırtdan qalıb məhv olacaqlar. Beləliklə, bizim əvvəlki meşə sahəmiz əsasən, palıd və vələsdən ibarət idisə, 100 ildən sonra tərsinə olacaq - aşağı əhəmiyyətli, yəni vələs, qarağacdan, ara-sıra qaraçöhrə və s-dən ibarət olacaq".

1news.az

Paylaş:
519

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər