"Əsrin müqaviləsi necə imzalandı? - Cavid Vəliyevin ŞƏRHİ | 1news.az | Xəbərlər
Siyasət

"Əsrin müqaviləsi necə imzalandı? - Cavid Vəliyevin ŞƏRHİ

12:32 - 20 / 09 / 2019
"Əsrin müqaviləsi necə imzalandı? - Cavid Vəliyevin ŞƏRHİ

Hələ müstəqilliyini əldə etməmişdən əvvəl, 80-ci illərin sonunda Qərb şirkətləri Azərbaycanın enerji ehtiyatlarına maraq göstərir və müqavilə imzalamaq üçün çalışırdılar. Hətta 1992-ci ildə bir müqavilə də hazırlanmış, lakin imzalana bilməmişdi.

Bunun başlıca üç səbəbi vardır. Birincisi, ölkədə ikibaşlı bir hakimiyyət mövcud idi və siyasi olaraq xaos yaşanırdı. İkincisi, Dağlıq Qarabağda müharibə davam edirdi və xarici sərmayəçilər müharibə səbəbi ilə Azərbaycana yatırım etməkdə o qədər də maraqlı deyildilər. Üçüncüsü isə, hazırlanan müqavilədə regionda yerləşən digər güclü dövlətlərin maraqları diqqətə alınmamışdı. Nəticədə bu üç səbəbə görə müqavilə imzalanmadı və 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bu üç səbəbin müqavilənin imzalanması önündə ən böyük maneə olduğunu bilirdi. Bu səbəbdən “Əsrin müqaviləsi”nin imzalanmasına gedən prosesdə bu üç məsələdə vəziyyəti Azərbaycanın lehinə dəyişmək üçün çalışdı.

Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ondan əvvəl başlayan neft müqaviləsi müzakirələrini dayandırdı və neft şirkətləri qarşısında qoyduğu ilk şərt Azərbaycanda sabitliyin bərpasına dəstək vermələri oldu. Çünki neft şirkətləri eyni zamanda təmsil etdikləri dövlətlər tərəfindən dəstəklənirdi. Bunun üçün Cənubi Qafqazda sabitliyə ciddi təsiri olan Rusiya ilə görüşmələrə başladı. 1993-cü ilin noyabrında Rusiyanın enerji naziri Yuriy Şafrannik və “Lukoil” şirkətinin prezidenti Vahid Mustafayev Bakıya gələrək, Azərbaycan ilə Rusiya arasında enerji müqaviləsi imzaladılar. Azərbaycan "Azəri", "Günəşli" və "Çıraq" yataqlarında iştirak payının 10% -ni "Lukoyl" a verdi. Bu yolla, Azərbaycan Rusiyanın Qarabağ müharibəsindəki və neft sazişlərinə qarşı mövqeyini yumşaltmağı düşündü.

Rusiya “Əsrin müqaviləsi”ndə 20% paya sahib olmaq və bu sənədin iki quyu ilə məhdudlaşmasını istəyirdi. Moskvadakı bəzi qruplar Rusiyanın razılaşmada 10% pay almasını bəyənmədilər.

1993-cü ilin dekabrında prezident seçildikdən sonra ilk xarici səfərini Fransaya edən Heydər Əliyev Fransa prezidenti Fransua Mitteran ilə “Elf” şirkətinin konsorsiumda iştirakını müzakirə etdi. 20 fevral 1994-cü ildə Türkiyəyə səfər edən Heydər Əliyev Süleyman Dəmirəl ilə imzaladığı müqavilə ilə Türk şirkətinin “Əsrin müqaviləsi”ndə yer alacağını təsdiqlədi.

22-25 fevral 1994-cü ildə Londonda səfərdə olan Heydər Əliyev İngiltərə hökuməti ilə neft hasilatına dair müqavilə imzaladı. Bu müqavilə ilə İngiltərə hökumətinə Azərbaycanda neft qazma layihələrini maliyyələşdirmə hüququ verildi.

1994-cü ilin fevral-iyun aylarında Huyston və İstanbulda neft layihələri ilə bağlı görüşlər davam etdi. Görüşlər zamanı Azərbaycanın sazişlə əlaqəli üç əsas vəzifəsi var. Birincisi, sazişin imzalanması, ikincisi, Azərbaycan üçün daha əlverişli hüquqi və iqtisadi şərtlər, üçüncüsü, sazişin imzalanmasından sonra həyata keçirməyini təmin etmək. Müzakirələrdə ABŞ şirkətləri müqaviləyə “müqavilə Xəzər dənizinin statusu problemi həll edildikdən sonra qüvvəyə minəcək” şərtini qoymaq istədi. Bu şərt müqavilənin ölü doğulması mənasına gəlirdi. ARDNŞ-nin o vaxtkı birinci vitse-prezidenti İlham Əliyev Vaşinqtona gedib ABŞ-ın energetika nazirinin o vaxtkı müavini Bill Layfla görüşərək Xəzərin statusu haqqında tezisin olmasının hansı nəticələrə gətirib  çıxara biləcəyini açıqladı. Heydər Əliyevin o dövrdə ABŞ-ın prezidenti olan Bill Klintonla telefon danışığından sonra bu məsələ Azərbaycanın lehinə həllini tapdı.

Azərbaycan bir tərəfdən neft müqaviləsi üçün, digər tərəfdən də Dağlıq Qarabağda atəşkəs müqaviləsinin imzalanması üçün görüşmələri davam etdirirdi. Çünki müharibə edən bir dövlətə xarici dövlətlər sərmayə qoymaq istəmirdi. Azərbaycan xarici siyasəti üçün müqavilənin imzalanması prioritet idi, ona görə ki, bu müqavilə ilə dövlət həm iqtisadi olaraq güclənəcək, həm də siyasi və geosiyasi olaraq mövqeyini möhkəmələndirəcəkdi. Bu səbəbdən Ermənistanla 20 may 1994-cü ildə atəşkəs müqaviləsi imzalandı və bundan sonra “Əsrin müqaviləsi”nə gedən proses sürətləndi.

1994-cü il sentyabrın 20-də “Azəri”, “Günəş” və “Çıraq” yataqlarının işlənməsi və istismarı üçün 30 illik məhsul paylaşma sazişi imzalandı. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak etmişdir. Saziş Azərbaycan parlamenti tərəfindən 2 dekabr 1994-cü ildə təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.

“Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanda dramatik hadisələr baş verdi. Razılaşmadan iki gün sonra Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev başda olmaqla 4 nəfər dustaq Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırıldı. Sonra Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı sentyabrın 30-da Azərbaycan Milli Məclisi sədrinin müavini Afiyyədin Cəlilov və Prezident Kəşfiyyat İdarəsinin rəisi Şəmsi Rəhimov iki ayrı sui-qəsd nəticəsində öldürüldü. Bu hadisələrdən sonra Azərbaycanda digər rəsmi orqanlara qarşı sui-qəsd və 1 oktyabrda çevriliş olacağı barədə şayiələr yayıldı.

Oktyabrın 3-də televiziyada çıxış edən Heydər Əliyev neft sazişindən sonra baş verən bu hadisənin təsadüf olmadığını bildirdi və hərbi çevriliş cəhdi edənləri də qardaş qanı tökməməyə çağırdı. Sonra 60 gün Bakıda fövqəladə vəziyyət elan etdi və tərəfdarlarını Azadlıq meydanındakı mitinqə çağırdı. Bu çağırışa dəstək vermək məqsədi ilə Azadlıq meydanına 100 minlərlə insan toplaşdı və Heydər Əliyev onların qarşısında çıxış edərək çıxdığı yoldan geri çəkilməyəcəyini bildirdi.

Ancaq oktyabrın 4-də o dövrün baş naziri Surət Hüseynova yaxın olan qruplar dövlət çevrilişinə cəhdi etdilər. Gəncədə üsyana başlayan Surət Hüseynov öz niyyətinə çatmadı və oktyabrın 6-da prezident Heydər Əliyev tərəfindən vəzifəsindən azad edildi. Milli Məclis tərəfindən millət vəkili vəzifəsindən kənarlaşdırılan Hüseynovun toxunulmazlığı ləğv edildi və həbs olundu. Xəyanətə görə mühakimə olunan Surət Hüseynov həbsxanadan qaçaraq Moskvaya getdi.

Nəticədə nə xarici, nə də daxili qrupların cəhdləri “Əsrin müqaviləsi”nin imzalanmasına maneə ola bilmədi. Heydər Əliyev diplomatiyası və Azərbaycan qalib gəldi. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycanın ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin müqaviləsi”ndən sonra başladı. “Əsrin müqaviləsi” Azərbaycanın siyasi, iqtisadi, hərbi və geosiyasi olaraq şah damarı oldu. Azərbaycanın siyasi müstəqilliyi və suverenliyi möhkəmləndi, ölkə iqtisadiyyatının dirçəlməsinə səbəb oldu, regional balans Azərbaycan və müttəfiqlərinin lehinə dəyişdi. Regionda enerji layihələrindən başqa, nəqliyyat layihələrinin də həyata keçirməsi üçün Azərbaycan əlavə imkanlar əldə etdi.  Azərbaycan dünya bazarına və okeanlara çıxışı olmayan qapalı quru dövlətdən Şərq ilə Qərb dünyası arasında körpü rolu oynayan tranzit dövlətə çevrildi.

Dr. Cavid Vəliyev

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri

Paylaş:
2237

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər