Faşizm bütün erməni elitası üçün birləşdirici materiyadır – Mübariz Əhmədoğlu | 1news.az | Xəbərlər
Siyasət

Faşizm bütün erməni elitası üçün birləşdirici materiyadır – Mübariz Əhmədoğlu

10:16 - 16 / 10 / 2019
Faşizm bütün erməni elitası üçün birləşdirici materiyadır – Mübariz Əhmədoğlu

Faşizm qabağında bütün erməni elitası farağat dayanıb. Bu, yaxınlarda Aşqabadda keçirilən MDB sammiti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından sonra bir daha bəlli oldu.

Erməni elitasının belə davranışında Azərbaycan üçün yeni heç nə yoxdur. Azərbaycan xalqı müasir dövrdə 1987-ci ildən başlayaraq öz üzərində erməni faşizminin bütün metodlarını sınaqdan keçirib. 1987-ci ilin dekabrın sonlarında təxminən 250 min axırıncı azərbaycanlı Ermənistan SSR-dən deportasiya olundu. Erməni işğalı altındakı 7 rayonda bu gün azərbaycanlıların yaşamaması, Dağlıq Qarabağdan azərbaycanlıların etnik təmizləməyə məruz qalması erməni faşizminin tarixi sübutlarından biridir. Bu gün də ermənilər faşizm ənənələrini yaşadırlar. Bu həm Qaregin Njdeyə heykəlin qoyulması ilə özünü göstərir, həm də D.Əsgərov və Ş.Quliyevin başına açılanlar bunun əyani sübutudur.

Prezident İ.Əliyev MDB sammitinin gündəliyinə uyğun olaraq MDB ərazisində faşizm xidmətçilərinin qəhrəmanlaşdırılması ideyası barədə fikir bildirdi və N.Paşinyan dərhal buna etiraz etdi. N.Paşinyanın etiraz bildirməsi də gözlənilən idi. Biz Paşinyanı bu qədər məntiqsiz bilmirdik.

N.Paşinyanın səsləndirdiyi fikirlərdə 2 tezis xüsusi olaraq diqqəti çəkir:

Qaregin Njde türklərə qarşı mübarizə məqsədilə faşist Almaniyası ilə müttəfiqlik edirmiş. Türkiyə o dövrdə Almaniyanın əgər birinci olmasa da, ikinci müttəfiqi idi. Bu tarixdir, tarixi heç kəs saxtalaşdıra bilməz. İndi belə alınır ki, Almaniya üçün ən hədsiz vacib olan Türkiyəyə qarşı mübarizə aparmaq məqsədilə Q.Njde erməniləri və Ermənistanı ora qoşurmuş.

Ümumiyyətlə Türkiyə ilə Almaniya arasında tarixi münasibətlər həmişə sınaqdan keçmiş münasibətlərdir. Ona görə N.Paşinyanın intellektinin ən aşağı səviyyədə olduğu bir daha aşkarlandı.

Qaldı ki, iştirakçılara hörmət məsələsinə- N.Paşinyan BMT BA-da çıxış edərkən Dağlıq Qarabağ xalqından danışdı. Paşinyan, köməkçiləri, bütün erməni intellektualı bircə dəfə “Dağlıq Qarabağ xalqı” adda rəsmi bir termin göstərsinlər. Ümumiyyətlə “Dağlıq Qarabağ xalqı” yoxdur, ola da bilməz. Nəzəri cəhətdən qəbul etsək ki, Dağlıq Qarabağ xalqı var, bu erməni xalqının parçalanması anlamındadır. O parçalanma da Azərbaycanın haqq olduğunu göstərir. Çünki Dağlıq Qarabağ ermənilərinin Ermənistan ermənilərindən fərqli edən ən əsas məsələ Dağlıq Qarabağ ermənilərinin danışığında türk və müəyyən qədər fars sözlərinin olmasıdır. Dağlıq Qarabağdakı ermənilər Azərbaycanın xristian icmasınım içindən çıxmadır. Yəni erməni deyil, Azərbaycan ermənisidir. Sonradan İrandan köçürülən ermənilər qaynayıb qarışıblar. Onların dillərindəki fərq də bunu sübut edir.

BMT Baş Assambleyasında iştirak edən nümayəndə heyətlərinin sayı təxminən min nəfərdir. N.Paşinyan özünün savadsızlığı ilə min nəfər dünya intellektinə, dövlət başçılarına hörmətsizlik nümayiş etdirdi. MDB-nin iclasında isə Azərbaycan Respublikasının Prezidentinin ona əlavə cavabı hər şey deməkdir.

Q.Njdenin heykəli və Prezident İ.Əliyevin MDB sammitindəki çıxışına münasibət erməni elitası üçün  faşizmin çox dəyərli olduğunu göstərir. Erməni dövlətçiliyinin son böhranı da bu andan etibarən artıq rəsmiləşdi.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
544

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər