Fəaliyyət göstərməyən partiyaların adları açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fəaliyyət göstərməyən partiyaların adları açıqlanıb

17:24 - 25 / 01 / 2021
Fəaliyyət göstərməyən partiyaların adları açıqlanıb

“Siyasi plüralizm güclü ölkənin və demokratiyanın əsas göstəricisindən biridir. Bu sahədə mühitin formalaşdırılmasında siyasi partiyaların xüsusi rolu var”.

1news.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb:

“Son bir il ərzində 7 siyasi partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyaların əksəriyyəti aktiv fəaliyyət göstərir. Partiyalar ölkə başçısının bəyan etdiyi və yürütdüyü siyasətin nəticəsində siyasi dialoqun tərəfdaşına çevrilib. Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu da demokratiyanın inkişafında önəmli addımdır. Biz əksər partiyaların Vətən müharibəsi zamanı Ali Baş Komandanın ətrafında birləşdiyinin şahidi olduq. Siyasi partiyaların birgə bəyanatı da Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.

Lakin təəssüflər olsun ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur. Bu partiyaların rəhbərləri, habelə üzvlərinin bəziləri vəfat edib və bundan sonra bu partiyalar faktiki mövcud deyil. Onlar siyasi arenada fəaliyyətdən də savayı, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etmirlər. Yəni ki, qurultaylar keçirmirlər, rəhbər orqanları seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər. Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist Partiyalarını qeyd etmək olar. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür”.

1news.az

Paylaş:
484

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər