Fərhad Məmmədov: “Ermənilərin həyasızlaşmaması üçün bu məsələni sülhməramlılarla nizamlamaq lazımdır” | 1news.az | Xəbərlər
Müsahibə

Fərhad Məmmədov: “Ermənilərin həyasızlaşmaması üçün bu məsələni sülhməramlılarla nizamlamaq lazımdır”

10:20 - 28 / 01 / 2021
Fərhad Məmmədov: “Ermənilərin həyasızlaşmaması üçün bu məsələni sülhməramlılarla nizamlamaq lazımdır”

Qarabağ ermənilərinin qondarma lideri Arayik Arutunyan atəşkəslə bağlı razılaşmaların pozulmasına yönəlmiş təxribatçı bəyanatlar səsləndirməkdə davam edir və regionu yeni müharibə təhlükəsi ilə üz-üzə qoyur.

Belə ki, o, “Arsaxa” (ermənilərin yaşadığı ərazini nəzərdə tutur) Azərbaycanın tərkibində hər hansı statusun verilməsinin qeyri-mümkün və qəbuledilməz olmasını söyləmiş və bu çətin şəraitdə “müstəqilliyin” beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni davam etdirdiklərini vurğulamışdır. Bununla o, regionda normal dinc nizamın bərqərar olmasına yönəlmiş səyləri heçə endirmiş olur.

Bu cür təxribatçı bəyanatların nə ilə nəticələnə biləcəyini tanınmış azərbaycanlı politoloq Fərhad Məmmədovla müzakirə etmişik.

− Arayik Arutunyan bildirir ki, “Arsaxa” Azərbaycanın tərkibində hər hansı statusun verilməsi qeyri-mümkündür. Siz bu fikri necə şərh edərdiniz?

− Əgər dəqiq sitata nəzər yetirsək, müəyyən mənada onun haqlı olduğunu görərik, çünki Azərbaycan da heç ona hər hansı status vermək niyyətində deyil. Digər tərəfdən, ərazilərin bərpası prosesi işə düşdükdən və qaynar faza keçmişdə qaldıqdan sonra Arayikin fikri çox az adam üçün maraqlı olacaq. Axı o Qarabağ ermənilərinin qanuni nümayəndəsi deyil və Ermənistan vətəndaşı olaraq, yalnız vətəndaşı olduğu ölkədə gedən proseslər barədə fikirlər səsləndirə bilər. Arayikin arxasında gizləndiyi sülhməramlı missiya və bu missiyanı orada yerləşdirmiş dövlət bu torpaqları Azərbaycanın ərazisi kimi tanıyır.

− Bu cür təxribatçı bəyanatların regiondakı gərginliyi artırdığını söyləmək olar?

− Belə bəyanatlarla onlar rəsmi Bakı ilə Moskva arasında gərginlik yaratmağa çalışırlar. Arayik Arutunyan başa düşür ki, bu bəyanatın əks-sədası olacaq. Qeyd etməliyəm ki, RF XİN rəhbəri Sergey Lavrov da bu haqda danışmışdır. O, Qarabağda gərginlik yaradan bəyanatların səsləndirilməsi barədə danışarkən Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın bəyanatını misal göstərmişdir.

Təhlükəsizlik zonasında yaşayan ermənilərin həyasızlaşmaması və bu cür bəyanatlardan çəkinməsi üçün bu məsələni sülhməramlılarla nizamlamaq lazım gələcək.

− Bundan başqa, A.Arutunyan həm də bəyan etmişdir ki, “müstəqilliyin” beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni davam etdirəcəklər. Bəs bu fikri necə qəbul etməliyik?

- Onlar 30 il ərzində buna nail ola bilmədilər, indi necə nail olacaqlar? Diasporun gücünü və resurslarını cəlb etmək üçün o danışmağa borcludur, çünki orada başa düşürlər ki, guya Qarabağa qayıtmış ermənilərin yaşayışını təmin etmək üçün maliyyə resurslarına ehtiyac vardır. Bu zaman onu da qeyd etmək lazımdır ki, diasporun bu dəstəyi ildən ilə azalmaqdadır. Dəstəyin ən yüksək həddi müharibə dövrünə təsadüf etdi. Həmin vaxt toplanmış olan 170 milyon dollardan 105 milyonunu Ermənistan hökuməti “ən zəruri” məsələlərin həlli məqsədilə mənimsəmiş oldu.

- Ola bilər ki, bu cür bəyanatlar səsləndirməyə Arayik Arutunyana kənardan təkan verirlər?

− Təkan verənlər tezliklə nəinki qarşılıqlı bəyanatların, həm də qarşılıqlı fəaliyyətin şahidi olacaqlar. Azərbaycan göstərdi ki, gözləyib hərəkətə keçə bilir. Əgər bu cür bəyanatlar dayandırılmasa, Azərbaycan tədbirlər görəcək. Biz, 44 günlük Vətən müharibəsi dövründə bunu nümayiş etdirdik. Biz çox səbr edirik, lakin başlayanda, artıq bizi dayandırmaq olmur.

− Tez-tez digər xarici oyunçular – Dövlət Dumasının deputatları, ABŞ-lı konqresmenlər tərəfindən də təxribatçı bəyanatlar səsləndirilir. Bəs onlara necə reaksiya verilməlidir? Məsələn, bu yaxınlarda Vitaliy Milonovun təxribatçı fikirləri ilə bağlı Azərbaycan XİN bəyanat yaydı.

− Milonov müharibə dövründə Qarabağa səfər etmişdi. Onun kimi digərləri, məsələn, Konstantin Zatulin kimilər, təəssüf ki, RF ilə Azərbaycan arasında münasibətlərdə problemlər yaradır. Eyni qaydada, bəzi ABŞ-lı konqresmenlər də rəsmi Vaşinqtonla Bakı arasında münasibətləri korlayır. Diqqəti daha çox XİN-lərin rəsmi nümayəndələrinə və dövlət başçılarına vermək lazımdır. Biz bu cür təxribatlara hazır olmalıyıq. Belə təxribatlar müharibədən əvvəl də olub, indi isə ikiqat artacaq. Belə bir misal göstərim. Fransanın bir sıra şəhərləri oyuncaq qurumu tanıdıqlarını bəyan etdilər, nəticədə nə oldu? Məhkəmələr vasitəsilə bu qərarların ləğvinə nail ola bildik. Bu və ya digər qərarların qəbul edilməsini gözləmək üçün xeyli vaxtımız var. Bu, həm sülhməramlı missiyanın fəaliyyətinə, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işə aiddir.

Azərbaycanın maraqlarına cavab verməyən istənilən bəyanatlar havada qalacaq. Məsələn, diversantlarla bağlı məsələni də bura aid etmək olar. Bəyanatı kim səsləndirir səsləndirsin, AŞPA və ya BMT Baş katibi, fərq etməz, Azərbaycan öz maraqlarına uyğun hərəkət edəcəkdir.

Elşən Rüstəmov

Paylaş:
2318

Son xəbərlər

TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib15 / 04 / 2024, 15:23“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir15 / 04 / 2024, 15:02PAŞA Qrup şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTO15 / 04 / 2024, 14:58Ali məktəblərə qəbul imtahanının növbəti mərhələsinə qeydiyyat başlayıb15 / 04 / 2024, 14:42
Bütün xəbərlər