“Foreign Policy News” nəşri TANAP layihəsinə dair məqalə dərc edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Foreign Policy News” nəşri TANAP layihəsinə dair məqalə dərc edib

12:46 - 04 / 12 / 2019
“Foreign Policy News” nəşri TANAP layihəsinə dair məqalə dərc edib

“Foreign Policy News” nəşrində TANAP layihəsinin ikinci fazasının açılışına dair məqalə dərc olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən 1news.az-a bildirilib ki, TANAP layihəsi vasitəsilə Azərbaycan tək “Şahdəniz” deyil, digər qaz yataqlarından da Avropa və Türkiyə bazarına təbii qaz ixrac edə biləcək.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin “Foreign Policy News” nəşrində yer almış “Trans-Anadolu təbii qaz boru kəmərinin geosiyasi və iqtisadi əhəmiyyəti” adlı məqaləsində qeyd olunur. Məqalədə noyabrın 30-da Türkiyədə TANAP layihəsinin ikinci fazasının istifadəyə verildiyi vurğulanır. Bildirilir ki, layihənin əsas hissəsinin rəsmi açılış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ötən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində baş tutub.

“Azərbaycan təbii qazının Avropa enerji bazarına ixracı üçün tranzit infrastrukturunun olması olduqca əhəmiyyətlidir. İnfrastrukturun mövcudluğu enerji ehtiyatlarının səmərəli idarə edilməsini müəyyən edən əsas amillərdən biridir. Göründüyü kimi, TANAP regional əməkdaşlığı dəstəkləyən strateji enerji layihəsidir. Layihə həm iqtisadi, həm də geosiyasi əhəmiyyətə malikdir. TANAP və TAP layihələri Avropa Komissiyası tərəfindən qəbul edilmiş Vahid Avropa Enerji Sistemi üçün “Ümumi maraq layihələri” siyahısına da daxil edilib”, - deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, Azərbaycan həm də təbii qaz tədarükünün və marşrutun şaxələndirilməsinə də öz töhfəsini vermiş olur: “Azərbaycan-Türkiyə enerji layihələri Avropanın qaz tədarükünün və marşrutlarının şaxələndirilməsi üçün olduqca əhəmiyyətlidir. Xəzər dənizindən yeni qaz mənbələrini Avropanın enerji istehlakçılarına çatdıraraq Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə öz töhfəsini verəcək”.

Məqalədə bildirilir ki, TANAP Türkiyə üçün də vacibdir. Belə ki, Türkiyə artan təbii qaz tələbatını ödəyəcək və tranzit ölkə olacaq. Vurğulanır ki, belə enerji layihələri Türkiyəni regional enerji mərkəzinə çevirir və geosiyasi əhəmiyyətini artırır.

Daha ətraflı: https://foreignpolicynews.org/2019/12/03/geopolitical-and-economic-significance-of-tanap/

S.Xankişiyeva

 

 

 

Paylaş:
585

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər