Galaxy A məhsul xəttinin yeni təmsilçiləri – Galaxy A20s və Galaxy A30s | 1news.az | Xəbərlər
İqtisadiyyat

Galaxy A məhsul xəttinin yeni təmsilçiləri – Galaxy A20s və Galaxy A30s

10:00 - 12 / 12 / 2019
Galaxy A məhsul xəttinin yeni təmsilçiləri – Galaxy A20s və Galaxy A30s

2019-cu ilin uğurlu xətti olan Galaxy A-ın təqdimatından sonra, Samsung sözügedən məhsul xəttinin Galaxy A20s və Galaxy A30s kimi daha iki smartfonunu təqdim edib.

Smartfonlar şirkətin 3D Glasstic  adlandırdığı dizaynda ərsəyə gətirilib. Burada cihazların korpusu premium şüşə örtüyünü imitasiya edən hamarlanmış plastikdən ibarətdir.  Belə ki,  Galaxy A20s müxtəlif rənglərdə təmsil olunur və korpusu parıltılı örtüyə malikdir. A20s modelində olduğu  kimi, Galaxy A30s də, bir neçə rəng çalarında təklif olunub, korpusu xüsusi rəngdən-rəngə keçid edən holoqrafik effektli naxışa malikdir. Hər iki smartfon incə dizayn, korpusun “dəyirmi” bucaqları və erqonomik forması ilə seçilir. Bütün seriyada olduğu kimi, burada da ekran korpusun ön tərəfinin böyük hissəsini tutaraq 85%-dan artığını təşkil edir. İncə çərçivə ilə haşiyəyə alınmış Infinity-V  displeyində sadəcə bir ədəd frontal kameranın yerləşdiyi V-şəkilli çıxıntı nəzərdə tutulmuşdur. Ekranları biri birindən fərqləndirən yeganə amil Galaxy A30s-in HD+ Super AMOLED displeyi ilə, Galaxy A20s isə adi IPS LCD ekran ilə təchiz olunmasıdır.

Smartfon korpuslarının arxa hissəsində onların zərif və premium görünüşlərini tamamlayan səliqəli “flash”-dən əlavə üçlü kamera da yer almışdır. Belə ki, Galaxy A20s-in “üçlüyü” 13 MP-lik əsas, 120˚ bucaqlı 8 MP-lik ultra-geniş və 5 MP dərinlik sensorlu obyektivdən ibarətdir. Burada Galaxy A30s üçlü kamerasının əsas fərqi yalnız 25 MP əsas və 123˚ ultra-geniş obyektivdədir. Sözügedən hər üç kamera yüksək keyfiyyətli çəkim prossesini təmin edərək, bir sıra bədii effektdən istifadə imkanı yaradır. Beləliklə, burada təmsil olunmuş ultra geniş bucaqlı obyektivlər  adi fotoşəkillərdən kənara çıxmağa və hətta, yaxın məsafədən belə, kadrı bütövlüklə əks etdirməyə imkan yaradır. Dərinlik sensoru ilə təchiz edilmiş 5 MP kamera isə, həm çəkilişdən əvvəl, həm də sonra təsvir dərinliyini tənzimləməyə kömək edir.

Hər iki smartfon güclü 8 nüvəli prosessor ilə təchiz olunmuş, 3GB və 4 GB operativ yaddaşla təchiz olunmuş iki versiyada satışa çıxarılmışdır. Həmçinin, indi  sizin daha az məlumatı silərək, daha çox informasiyanı yaddaşda saxlamaq imkanınız var, belə ki, 32 QB-lıq (hər iki cihazda versiyasından asılı olaraq həm də 64 QB-lıq) daxili yaddaşı MicroSD kart vasitəsi ilə 512 QB qədər artırmaq mümkündür.

Əlavə olaraq, həm Galaxy A20s, həm də Galaxy A30s dinamik həyatınızın ritminə uyğun yaşamağa kömək edəcək, 15 Vt gücünə malik sürətli yükləməni dəstəkləyən, 4000 mAh həcmi olan akkumulyator ilə təchiz olunmuşdurlar.

 Smartfonlar iki növ audentifikasiya ilə təchiz edilib ki, daktiloskopik skaner ilə yanaşı, burada “Face recognition” funksiyası da dəstəklənir.  Galaxy A20s, arxa panel üzərində yerləşən barmaq izi skaneri ilə təchiz olunmuşdur ki, bu da multitask rejimində əməliyyatların dayandırmadan istənilən saytlara tez və asan giriş etməyə və tətbiqlərə bir toxunuşla daxil olmağa imkan yaradır. Galaxy A30s isə birbaşa cihazın displeyində yerləşən daktiloskopik skaner ilə təchiz olunmuşdur ki, bununla da siz heç bir əlavə səy göstərmədən smartfonunuzun kilidini asanlıqla aça bilərsiniz.

Galaxy A seriyasının hər iki yeni təmsilçisi incə dizayn və multifunksionallığı ilə seçilir. Smartfonlar həm boş vaxtınızı rahat keçirməyə, həm də iş qrafikinizi tam təşkil etməyə imkan yaradır.

Galaxy A xəttinin yeni smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
1106

Son xəbərlər

Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47
Bütün xəbərlər