Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Samsung hansı yenilikləri təqdim etdi? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Samsung hansı yenilikləri təqdim etdi?

10:00 - 18 / 02 / 2020
Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Samsung hansı yenilikləri təqdim etdi?

11 Fevral tarixində San-Fransiskodan canlı yayımlanan tədbir çərçivəsində Samsung, 2020-ci ilin yeni məhsul xəttini təqdim edib. Belə ki, bu il Samsung pərəstişkarlarını həqiqətən təəccübləndirməyi bacarıb, buna misal olaraq, burada təmsil olunan Galaxy Z Flip-in təqdimatı böyük marağa səbəb olub.

Galaxy Z Flip haqqında danışarkən qeyd etmək lazımdır ki, qatlanan smartfonlar xəttini davam etdirən cihaz, "bükülən" telefonların ölçüsü və forması barədə anlayışınızı tamamilə dəyişdirəcək. Qadın “pudra qabı” şəklində hazırlanan Z Flip lütf və incəliyin ifadəsidir. Smartfon korpusunun arxa hissəsi işıq şüaları altında bərq vuran bənzərsiz “güzgülü” panel ilə örtülüb. Sözügedən bu cihaz bağlı halda asanlıqla ovuclunuza yerləşərək, "açıq" vəziyyətdə 2636 x 1080 piksel icazəli 6,7” Dinamik AMOLED ekranı istifadənizə təqdim edir.

Beləliklə, yeni Galaxy Z Flip “qatlanan” şüşə ilə təchiz olunub ki, bu smartfon belə bir materialın istifadə edildiyi yeganə telefondur. 10 MP ön kamerası incə kəsik daxilində yerləşdirilən smartfonun, sərhədsiz, “bükülən” Infinity Flex Display-i cihazı daha da incə edir.  Sözügedən “qatlanan” smartfonun işləmə mexanizmi xüsusi bir şarnir (oynaq) ilə təmsil olunub. Samsung mütəxəssisləri qeyd edir ki, bu oynaq sadəcə bir mexanizm deyil, sənət əsəridir. Belə ki, burada mikroskopik uzunluğu olan xüsusi neylon liflərdən istifadə edilir ki, onlarda öz növbəsində mexanizmi təmiz saxlayaraq, toz və kir hissəciklərini işlək detallardan uzaq tutur.

Qeyd edilən oynaq və bu model üçün xüsusi olaraq yaradılan istifadəçi interfeysi, birlikdə Galaxy Z Flip foto və video çəkməyin, məzmun istifadə etməyin və bölüşməyin tam yeni bir tərzini təqdim edir. Belə ki, Samsung mühəndisləri burada ikili ekran rejimini tətbiq etməyə müvəffəq olublar. Beləliklə, telefon "qatlanmış" şəkildə olarkən, ekranı avtomatik olaraq iki kiçik displeyə bölür və sizə ekranın yuxarı hissəsi məzmunu seyr etmək, aşağı hissəsi isə cihazı idarə etmək üçün təqdim edir.  Buna misal olaraq, yuxarı ekranda YouTube-da video izləyərkən, alt ekranda şərh yaza bilərsiniz. Əlavə olaraq, "qatlanan" ekran sayəsində siz xüsusi altlıq və ya ştativlərədən istifadə etmədən selfi çəkə və video zənglər vasitəsilə əlaqə qura bilərsiniz. Həmçinin, diaqonalı 1,1”  təşkil edən “kiçik” ekran sayəsində, hər biri 12 MP olan ikili əsas kamera ilə çəkilmiş selfi-lərin nəticəsini real zaman çərçivəsində görə bilərsiniz. 300 x 112 piksel icazəsi olan Super AMOLED ekran sadəcə mükəmməl selfie yaratmaq üçün əla köməkçi deyil, həm də üzərində tələb olunan məlumatı əks etdirən lövhədir. "Mini ekranda", buna misal olaraq vaxt, hava və daxil olan zənglər kimi müxtəlif məlumatlar əks oluna bilər.

Tədbirdə təqdim olunan digər bir yenilik, çoxdan gözlənilən Samsung Galaxy S20 seriyası idi. Beləliklə, məhsul xətti Galaxy S20, Galaxy S20 + və Galaxy S20 Ultra-dan ibarətdir. Hər üç smartfon Gorilla Glass 6 parlaq şüşə ilə örtülərək, müvafiq olaraq biri birindən 6.2”, 6.7” və 6.9” diaqonallı ekran ölçüləri ilə fərqlənir.  Quraşdırılmış  matrisanın adında "Dinamik" sözünün istifadə olunması, hər səhnə üçün rənglərin dinamik şəkildə qüvvətləndirildiyinə işarə olaraq, parlaq və tünd kadrlarda daha çox detalın və yarım tonların əks olunmasını  bildirir.

Galaxy S20 və S20 + -da istifadə olunan kameralara nəzər salaq, ilk növbədə bu hər iki smartfon üçün 10 MP selfie kamerası deməkdir. Əsas kameralara gəldik də isə bu:

  • 12 MP icazəli əsas, f / 1.8 aperturası və optik sabitləşdirməsi olan obyektiv,
  • 12 MP-lik ultrageniş və f / 2.2 işıq gücünə malik sensor,
  • 64 MP –lik, f / 2.0 apertura və optik sabitləşdirmə ilə təchiz olunmuş, üç qat optik, hibrid zoom-a sahib kameradır.

Əlavə olaraq Galaxy S20 + də isə səhnənin dərinliyini daha yaxşı müəyyənləşdirmək üçün ToF sensorundan da istifadə edilib.

Burada üçqat zoom-un dəstəklənməsi  sizi təəccübləndirdisə, bu halda Galaxy S20 Ultra-nın təchiz edildiyi 10 qat hibrid optik və 100 qat rəqəmsal zoom-na və unikal 108 MP kamerasına diqqət yetirməlisinizi tövsiyə edirik. "Ultra" -nın ön kamerası da məhsul xəttində təqdim olunan smartfonlardan fərqlənərək, 40MP icazəyə və f / 2.2 aperturasına sahibdir.

Həmçinin, qeyd etmək lazımdır ki, hər üç smartfon 8K keyfiyyətində video qeydə ala bilir. Əlavə olaraq, cihazlar “Multi-Shot” rejimi ilə təchiz olunublar ki, cihaz video çəkərək, onu süni zəka vasitəsi ilə təhlil edib, bir neçə müxtəlif planlı şəkilin, o cümlədən ultra geniş panoramanın, Bokeh effektli fotonun və videonun seçimini sizə təqdim edəcək. Zəif işıqlandırma şəraitində və gecə çəkilişlərində isə peşəkar kamera eyni anda bir neçə şəkil qeydə alaraq, sonradan onları birləşdirib, sizə qüsursuz və aydın bir təsvirdən zövq almağa imkan yaradacaq. Həmçinin, smartfonlar hərəkətdə olarkən ideal videolar çəkməyə imkan yaradır. Belə ki, böyüdülmüş sensor və xüsusi sabitləşdirmə, əsmələri tənzimləyərək keyfiyyətli görüntü əldə etməyə kömək edir. Ən əsası isə 128 QB daxili və microSD kart vasitəsi ilə 1.0 TB-ə qədər artırması mümkün olan yaddaş sayəsində istədiyiniz qədər şəkil və video çəkmək azadlığına sahibsiniz.

Əlavə olaraq, məhsul xəttinin bütün smartfonları güclü akkumulyatorla təchiz olunublar, belə ki, Galaxy S20 - 4000 mAh, Galaxy S20 + - 4500 mAh, Galaxy S20 Ultra da isə 5000 mAh tutumunda batareya quraşdırılıb.

Sonda Unpacked 2020 tədbiri çərçivəsində tam olaraq yenilənmiş Galaxy Buds + naqilsiz qulaqcıqları təqdim edilib. AKG mütəxəssislərinin iştirakı ilə hazırlanmış qulaqcıqlar, ilk nəsil Galaxy Buds modelinin davamçısıdır. Qulaqcıqlar, danışıq rejimində təkmilləşdirilmiş səs və musiqinin daha keyfiyyətli ötürülməsini təmin edən ikitərəfli dinamiklər və əlavə mikrofonlarla təchiz ediliblər. Samsung qeyd edir ki, təkmilləşdirilmiş qulaqcıqların yükləməsiz istifadə müddəti 11 saat, futlyar ilə birlikdə isə 22 saat təşkil edir. Həmçinin, Galaxy Buds +, şirkətin əvvəlki modellərinin dəstəkləmədiyi xüsusi iOS proqram təminatını da dəstəkləyir.

Diqqət, 12 Fevral - 9 Mart tarixlərində Samsung Galaxy S20, S20 + və S20 Ultra smartfonları üçün xüsusi öncədən sifariş təklifi keçərlidir. Belə ki,  qeyd edilən smartfonları öncədən sifariş edərkən hədiyyə olaraq Galaxy Buds + naqilsiz qulaqcıqlarını əldə etmək şansı qazanırsınız. Əlavə olaraq qeyd edək ki, Samsung Galaxy S20 modelinin qiyməti - 1999 AZN, S20 + - 2299, S20 Ultra - 2899 AZN təşkil edir.

Öncədən sifariş və smartfonlar haqqında ətraflı məlumat üçün Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
1094

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər