Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artır | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artır

15:46 - 12 / 09 / 2020
Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artır

Gürcüstanda sentyabrın 1-dən yoluxanların sayında yüksək artım tempi müşahidə edilir.

1news.az Trend-ə istinadən bildirir ki, gün ərzində Gürcüstanda 158 yeni Covid-19 hadisəsi aşkar edilib. Bu da epidemiyanın başlanğıcından bəri rekord göstəricidir. Qonşu ölkədə kpronavirusa yoluxanların sayı 2017 nəfərə çatıb. Hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər stasionar şəraitdə müalicə olunur. 19 nəfərin vəfat etdiyi bildirilir. Sentyabrın 10-dan etibarən qapalı binalarda bütün sosial tədbirlərin (toy, yas, yubiley mərasimləri) keçirilməsi qadağan edilib.

Koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərin ləğvi planına görə, kinoteatrlar sentyabrın 15-dən, teatrlar isə oktyabrın 1-dən açılmalı idi. Kinoteatr və teatrların açılışı 1 noyabr tarixinə qədər təxirə salınıb. Uşaq əyləncə mərkəzlərinin açılışı da noyabrın 1-nə keçirilib.

Gürcüstanın altı böyük şəhərində - Tiflis, Kutaisi, Rustavi, Qori, Zuqdidi və Poti - tədris ilinin başlanması iki həftə sonraya, 1 oktyabr tarixinə qədər təxirə salındı. Sentyabrın 15-dən oktyabrın 1-dək məktəblilər və tələbələr distant şəkildə təhsil alacaqlarm və məktəblərdə təntənəli tədbirlər qadağan edilib.

1news.az

Paylaş:
724

Son xəbərlər

AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42
Bütün xəbərlər