Həmişə çiçəklən, doğma Azərbaycan! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Həmişə çiçəklən, doğma Azərbaycan! - FOTO

09:27 - 20 / 11 / 2020
Həmişə çiçəklən, doğma Azərbaycan! - FOTO

Bu günlərdə Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarının geri dönməsini və qələbəsini qeyd edir. Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüzü bərpa etdik! Bu azadlıq müharibəsi bir daha bütün dünyaya dövlətimizin və xalqımızın güclü və cəsarətli ruhunu göstərdi.

Azerbaijan Flowers Company şirkətinin Baku Roses markası altında qələbə münasibəti ilə hər kəsi ürəkdən təbrik edir və şəhərə ölkənin çiçəklənməsi rəmzi olaraq qızıl güllərdən hazırlanmış Vətənimizin stend xəritəsini təqdim edir. Əziz Azərbaycan çiçəklən və inkişaf et!

AFC, Lu-Mun və ISR holdinqləri tərəfindən qurulan nisbətən gənc və perspektivli bir layihədir. 2 ildir fəaliyyət göstərdiyi müddətdə Baku Roses markası Azərbaycanın gül bazarında lider mövqeyini möhkəmləndirdi. Hazırda şirkətin çeşidi 11 kəsilmiş və 6 sprey qızıl gül növlərindən ibarətdir. Burada Hollandiyada AFC üçün xüsusi olaraq yetişdirilən al qırmızı Alov unikal çeşidini qeyd etmək lazımdır.

AFC istixanası Qala kəndində 3 hektar ərazidə yerləşir. Şəhərə yaxın olması çiçəklərin mümkün qədər təzə çatdırılması təmin edir. İşçilərimizin bilikləri və innovativ Holland istehsal texnologiyaları, ən ciddi beynəlxalq keyfiyyət standartlarına cavab verən hər mənada mükəmməl olan güllərin yetişdirilməsinə kömək edir.

AFC istehsal hissəsinə əlavə olaraq korporativ sosial məsuliyyətə də böyük diqqət yetirir və bu sahədə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Şirkət ekologiyaya və təbii sərvətlərə qayğı ilə münasibət göstərir. İstixanalarda drenaj su sistemindən istifadə olunur ki, bu da Abşeron suvarma kanalından təmiz suyun istifadəsini azaltmağa imkan yaradır. Bioloji təhlükəsizlik sistemləri və icazə verilən kimyəvi tərkibə malik gübrələrin ciddi seçimi ətraf mühitə zərər vermədən güllərimizin yetişdirilməsi üçün ideal şərait yaradır.

Baku Roses markasının fəaliyyət göstərdiyi müddət ərzində keyfiyyət, misilsiz gözəllik və etibarlı tərəfdaşlığın simvoluna çevrilmişdir. AFC şirkəti, ölkə daxilində öz payını daha da genişləndirməyi və dünya bazarına yüksək səviyyəli Azərbaycan məhsulunu çıxararaq ixrac istiqamətində inkişaf etməyi planlaşdırır.

Reklam hüququnda

Paylaş:
1380

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər