Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və RAGB Moskvada qanvermə aksiyası keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və RAGB Moskvada qanvermə aksiyası keçirib – FOTO

11:40 - 28 / 05 / 2020
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və RAGB Moskvada qanvermə aksiyası keçirib – FOTO

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü, Rusiya Azərbaycanlı Gənclər Birliyi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin dəstəyi ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı ənənəvi qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, COVID-19 xəstələrinin müalicəsinə yönəlmiş aksiya 28 May - Respublika Gününə həsr olunub.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutan aksiyada koronavirus infeksiyasından sağalmış şəxslərdən plazma götürülüb. Həmin plazmadan COVID-19 xəstələrinin müalicəsi üçün istifadə ediləcək.

Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin rəhbəri, tibbi elmləri doktoru, professor Əliheydər Rəhimov jurnalistlərə bildirib ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə hər il mərkəzdə qanvermə aksiyası keçirilir.

“Bu aksiya çox böyük fayda verir. Xəstələrin müalicəsi, bəzən isə onların həyatını xilas etmək üçün donor qanına böyük ehtiyac duyulur. Budəfəki aksiya isə çətin dövrə təsadüf edib. Moskva artıq iki aya yaxındır ki, özünütəcrid rejimində yaşayır. Buna görə də donorların sayı məhduddur. Bildiyiniz kimi, COVID-19 virusunu daşıyan xəstələrin müalicəsində qanın komponentlərindən olan plazma tələb edilir. Həmin xəstələr üçün plazmafares müalicəsi tətbiq olunur və koronavirusdan sağalmış xəstələrin qan plazmalarından istifadə edilir”, - deyə o bildirib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin belə bir dönəmdə qanvermə aksiyası keçirməsini təqdirəlayiq hesab edən professor Ə.Rəhimov aksiyada iştirak edənlərə təşəkkürünü bildirib.

RAGB İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev Moskvada “Qanın milliyyəti yoxdur” qanvermə aksiyasının ənənəvi təşkil olunduğunu qeyd edərək vurğulayıb ki, bu il həm koronavirus xəstələri, həm də digər xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün qan verilib. RAGB-in üzvü olan gənclər aksiyada fəal iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiya Azərbaycanlı Gənclər Birliyi tərəfindən artıq 11-ci ildir ki, qanvermə aksiyası keçirilir. "Qanın milliyyəti yoxdur" adı ilə keçirilən bu aksiya bu il koronavirus epidemiyasının yayıldığı dövrə təsadüf edib.

S.Xankişiyeva

 

Paylaş:
696

Son xəbərlər

Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09
Bütün xəbərlər