Hikmət Hacıyev: Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmır

15:08 - 23 / 09 / 2020
Hikmət Hacıyev: Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"un suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan Ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözlədiyini deyib. Bu barədə nə deyərdiniz?

- Azərbaycan Ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını daim öz fəaliyyətində rəhbər tutub. Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir. 2016-cı ilin aprel döyüşlərində, bu il 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşma zamanı biz bir daha bunun şahidi olduq. Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinin hədəfli şəkildə artilleriya atəşinə tutulması nəticəsində 76 yaşlı vətəndaşımız Əziz Əzizov həlak oldu.

Qüdrət Həsənquliyev təcrübəli siyasətçidir. Uzun illərdir Milli Məclisin üzvüdür. Hər kəs orduya və dövlətə ləkə yaxa biləcək təxribatçı açıqlamalardan çəkinməlidir.

Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi.

Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək.

- Sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması barədə bəzi spekulativ fikirlər səslənir. Hətta bunu səfərbərlik kimi qələmə verənlər də vardır. Bunu necə şərh edərdiniz?

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması qanunda nəzərdə tutulmuş və müntəzəm əsasda həyata keçirilən tədbirdir. Bunun səfərbərlik adlandırılması tamamilə yanlışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətlə tam şəkildə komplektləşdirilmişdir. Xüsusi səfərbərlik tədbirlərinə ehtiyac belə yoxdur. Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hazırlıq və bacarıqlarının yoxlanılması, onların hazırlıq səviyyəsinin daim artırılması dünyanın əksər ölkələrində də geniş tətbiq olunan praktikadır. Müqayisə üçün qeyd edək ki, İsveçrə, İsrail, Skandinaviya ölkələrində bu sahədə çox tələbkar sistem mövcuddur.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə hərbi toplanış tədbirləri həyata keçirilir ki, buna başqa bir don geyindirmək və ya cəmiyyətdə təşviş yaratmaq tamamilə əsassızdır. Ermənistan xüsusi xidmət orqanlarının kiber diversant qruplarının azərbaycanlı adını daşıyan saxta sosial media ünvanları vasitəsilə bu kimi təxribatçı mövzuları yayması da istisna edilməməlidir.  

Ordu və Əsgər müqəddəs mövzudur. Bu mövzuda yazan, sosial mediada paylaşım edən hər bir şəxs öz vətəndaşlıq borcunu və məsuliyyətini dərk etməlidir.

- Bu günlərdə xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə məlumatlar verilmişdir. Bu barədə nə deyərdiniz?

- Birmənalı şəkildə qeyd etmək istərdim ki, bu, yalan və saxta məlumatdır. Bu məlumatın arxasında Ermənistanın xüsusi xidmət orqanları durur. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətlə tam komplektləşdirilmişdir. Ordumuzun yüksək döyüş hazırlığı vardır və Ermənistanın hər bir təxribatının qarşısını almağa qadirdir. Muzdlulara və terrorçulara ehtiyac olan məhz Ermənistan ordusudur. 90-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında Ermənistan Livan, Fransa, ABŞ vətəndaşı olan erməni terrorçularından muzdlu kimi istifadə etmişdir. Xocalı soyqırımının törədilməsində iştirak etmiş və muzdlu terrorçulardan ibarət "Arabo" və "Aramo" terrorçu dəstələrinin Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət etməsi faktdır. İndi də Ermənistan Livan və Suriyadan gətirilən erməni mənşəli şəxsləri muzdlu kimi Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil edir. Ermənistan tərəfi Yaxın Şərqdə digər istiqamət üzrə terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi kanalları üzərində iş aparır.

Ona görə də bu xəbərlər növbəti saxta məlumatlardan başqa bir şey deyildir.  

- Sosial şəbəkələrdə yayılan saxta məlumatlara və bu kimi manipulativ fəaliyyətlərə qarşı mübarizəni necə görürsünüz?

- Ümumiyyətlə, ölkəmizin sosial şəbəkə seqmentində bəzi davranış və ifadə tərzi, qeyri-peşəkar və məsuliyyətsiz şərhlər, saxta və yalan məlumatların yayılması tezliyi və intensivliyi, ordunun fəaliyyəti haqqında paylaşımlar ciddi narahatlıq doğurur. Birmənalı şəkildə başa düşülməlidir ki, hər hansı fərdin sosial şəbəkələrdə paylaşdığı məlumat və ya xəbər yoxlanılmamış, yanlış, qərəzli və təhrikçi ola bilər. Bəzən iş o həddə çatır ki, peşəkar media araşdırmadan sosial şəbəkədə yayılmış xəbərə istinad edir. 

Qeyd olunanlar sosial şəbəkələrin müsbət tərəflərini inkar etmir. Bu problem bütün dünyada mövcuddur. İlk növbədə, ölkə ictimaiyyətində, xüsusilə gənclər arasında sosial şəbəkə maarifləndirilməsinin artırılmasına ehtiyac var. Bu da onlarda sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün intellektual immuniteti artıra bilər.

Sosial şəbəkələri təsis edən böyük şirkətlər də öz məsuliyyətlərini başa düşməli və yalnız müəyyən etdikləri süni intellektin imkanları daxilində bu problemə baxmamalı, sosial şəbəkələrdə cərəyan edən neqativ tendensiyalara qarşı effektiv tənzimləyici mexanizmlər təqdim etməlidirlər.

S.Xankişiyeva

 

Paylaş:
599

Son xəbərlər

Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41
Bütün xəbərlər