İbrahim Məmmədov: Uçuşların, sərhədlərin və gediş-gəlişin tam dayandırılması müzakirə olunur | 1news.az | Xəbərlər
Siyasət

İbrahim Məmmədov: Uçuşların, sərhədlərin və gediş-gəlişin tam dayandırılması müzakirə olunur

10:56 - 29 / 03 / 2020
İbrahim Məmmədov: Uçuşların, sərhədlərin və gediş-gəlişin tam dayandırılması müzakirə olunur

“Vətənə qayıtmaq hər bir azərbaycanlının təbii hüququdur, heç kəs onu məhdudlaşdıra bilməz və məhdudlaşdırmır. Amma texniki imkanlar, fövqəladə vəziyyətin, planlaşdırılmayan, gözlənilməz halda bizi yaxalamış situasiyanın yaratdığı məhdudiyyətlər var”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, Azərbaycana qayıdan  istər vətəndaşlarımız, istər başqa ölkələrin vətəndaşları olsun, onların karantinə alınması 10 milyon əhalinin təhlükəsizliyini təmin etmək üçün çox vacibdir:

“O insanların karantinə alınmadan ünvanlara buraxılması 10 milyon vətəndaşın təhlükəsizliyinə təhdid yaradır. Amma karantin infrastrukturun da bir həcmi, həddi var. Adamlar gəldikcə, karantinə yerləşdikcə, bu karantin infrastrukturunun imkanları tükənir. Hətta getdikcə daha çox xəstəxana bu prosesə cəlb olunur, sahibkarlar öz otellərini dövlətə qeyd-şərtsiz təqdim edirlər. Hətta bəzi sahibkarlar otellərdə karantinə alınmış insanları ərzaqla təmin edirlər, bu ağır zamanda dövlətlə, xalqla həmrəylik nümayiş etdirirlər. Amma bütün bunlara baxmayaraq, ölkəyə qayıdan insanların artması artıq getdikcə daha çox imkanlar tələb edir. Bu imkanlar da sərhədsiz, hüdudsuz deyil. Yəqin ki, Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, çox yaxşı olar ki, valideynlər, qohumlar xaricdə olan övladlarına, qohumlarına tövsiyə etsinlər ki, onlar olduqları yerlərdə qalsınlar: “Bu, həm də həmin insanların özlərinin şəxsi sağlamlığı baxımından daha təhlükəsizdir. Yəni olduqları yerdə evdə özlərini təcrid edirlər, şəhərə çıxmır, ictimai nəqliyyatda, aeroportda olmur və təyyarəyə minmirlər. Bütün bunlar onların təhlükəsizliyinə təhdiddir. Ona görə də həmin insanlar olduqları ölkələrdə evlərdə qalsalar, daha məsləhətdir.

Digər tərəfdən, o insanlar Azərbaycana qayıtdıqda karantin infrastrukturunda yerləşdirmək olmur. Bunun qarşısını almaq üçün mütləq qohumlar və valideynlər tövsiyə etməlidirlər. Digər halda dövlət məcburdur ki, bunu məhdudlaşdırsın. Yəni çarter reysləri və təyyarə uçuşlarında qadağalar qoyulsun. Düzdür, bu qadağalar, məhdudiyyətlər qoyulub. Amma bu da müzakirə mövzusudur ki, uçuşlar tamamilə dayandırılsın, sərhədlər tamamilə bağlansın, gediş-gəliş tamamilə dayandırılsın.  Bu da müzakirə edilən variantlardan biridir".

S.Xankişiyeva

 

Paylaş:
759

Son xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53
Bütün xəbərlər