İctimai nəqliyyatda nağdsız ödəniş ilə bağlı yeni layihə həyata vəsiqə aldı | 1news.az | Xəbərlər
İqtisadiyyat

İctimai nəqliyyatda nağdsız ödəniş ilə bağlı yeni layihə həyata vəsiqə aldı

13:00 - 16 / 09 / 2020
İctimai nəqliyyatda nağdsız ödəniş ilə bağlı yeni layihə həyata vəsiqə aldı

Dövlət bankı Azər Türk Bank, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və MasterCard beynəlxalq ödəniş sistemi ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda bank kartları ilə ödəniş etmək imkanı yaradan birgə layihəni gerçəkləşdirib. 

Bu layihə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş rəqəmsal ödənişlərin genişləndirilməsinə yönəlmiş tədbirlərdən biridir. Layihə nağd dövriyyənin həcminin minimuma endirilməsi, nağdsız hesablaşmaların, o cümlədən təmassız kart əməliyyatlarının sayının artırılması və ödənişlərin operativ qəbulunun təşkili ilə əlaqədar tədbirlərin icrası məqsədi ilə reallaşdırılmışdır. Bununla əlaqədar, ictimai nəqliyyatda istifadə üçün prepaid tipli «İNKART» təmassız ödəniş kartı buraxılmışdır.

İstifadəyə veriləcək bu unikal kartın əsas üstünlüyü onu banka gəlmədən, heç bir sənədləşmə işi aparılmadan əldə etməyin mümkünlüyüdür. Bu kartın digər üstün cəhətləri isə, balansın terminallar və onlayn kanallar vasitəsilə artırılması, kart sahibinin öz telefonuna mobil əlavə yükləməklə kartını idarə etmək imkanının olmasıdır.

Hazırda innovativ nəqliyyat ekosistemi yaradılmış, avtobuslarda yeni nəsil ödənişləri qəbul edən cihaz – validatorlar quraşdırılmışdır. Validatorlarda təmassız ödəniş imkanına malik istənilən banka məxsus ödəniş kartı ilə ödəniş etmək mümkündür ki, bu imkan istifadəçiyə əlavə kart almaq zərurəti yaratmır.

Qurulmuş ekosistem, hazırda istifadəyə verilmiş validatorlarda, ödəniş kartlarından əlavə NFC texnologiyanı dəstəkləyən avadanlıqlar - smartfon, «ağıllı saat» və s. vasitəsilə real vaxt rejimində ödənişləri həyata keçirməyi mümkün edir.

Layihənin ikinci mərhələsində istifadəyə verilmiş mobil əlavə vasitəsilə QR biletlərin satışı təşkil olunacaqdır və bu da müştərilərə sadəcə mobil əlavədən istifadə etməklə ödənişləri həyata keçirməyə imkan verəcəkdir. Bu mərhələdə görüləcək işlərdən biri də kartın eyniləşdirilməsi ilə bağlıdır. Belə ki, kart sahibi mobil tətbiqə şəxsi məlumatlarını əlavə etməklə kartını eyniləşdirmiş olur və bundan sonra prepaid tipli bu kartları adi ödəniş kartı kimi POS-terminallarda, ATM-lərdə və onlayn alış-veriş zamanı istifadə etmək imkanı əldə edir.

Layihənin tətbiqi ilə əlaqədar Şamaxı rayon İcra Hakimiyyəti bu yeni texnologiyanın ilkin olaraq Şamaxıda reallaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. Bu səbəbdən layihənin ilkin mərhələdə Şamaxı rayonu üzrə tətbiqi nəzərdə tutulmuşdur.

Azər Türk Bank tərəfindən yaxın gələcəkdə ölkənin digər rayon və şəhərlərində avtobuslarda nağdsız ödənişlərin təmassız kartlar vasitəsilə qəbulu istiqamətində işlər görüləcəkdir.

Reklam hüququnda

Paylaş:
1193

Son xəbərlər

Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18
Bütün xəbərlər