"II Dünya müharibəsindən sonra nadir hallardan birinin Azərbaycan tarixində yaşandığını görürük" | 1news.az | Xəbərlər
Siyasət

"II Dünya müharibəsindən sonra nadir hallardan birinin Azərbaycan tarixində yaşandığını görürük"

14:25 - 21 / 11 / 2020
"II Dünya müharibəsindən sonra nadir hallardan birinin Azərbaycan tarixində yaşandığını görürük"

Azərbaycan Respublikası Prezidentinin ərazi bütövlüyü ilə bağlı qətiyyətli mövqeyi və xalqının sarsılmaz iradəsi nəticəsində bu gün işğal altında olan torpaqlarımız 44 gün ərzində düşmən tapdağından azad olunub. Azərbaycan xalqı birliyi və ölkə başçının ətrafında sıx birləşməsi, ordumuz isə bu birlik və bərabərlikdən, həmçinin inamdan aldığı qüvvə ilə 44 gün ərzində əsl vətənpərvərlik nümunəsi sərgilədi. “Vətən torpağından pay olmaz” ifadəsini bir daha sübut edən ordumuz işğalçı düşmənə sarsıdıcı zərbələr endirərək hər gün xoş xəbərlə xalqımızı biraz daha qürurlandırmışdır.

44 günlük münaqişə artıq Azərbaycan, Rusiya və Ermənistanın 3 tərəfli Bəyanatı əsasında Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşmışdır. Erməni silahlı qüvvələri Bəyanata əsasən müəyyən edilən tarixlərə əsasında Azərbaycan Respublikasına məxsus işğal etdiyi ərazilərindən çıxarılmaqdadır. Hansı ki, bu şərt münaqişənin həlli yolunda illərdir davam edən danışıqlarda bir neçə dəfə Ermənistan rəhbərliyinə ölkəmiz tərəfindən təklif edilmişdir. Görünür bu yolun qəbulu üçün hərbi-siyasi yolun tətbiqi zəruri idi.

Bəyanatın imzalanmasından müəyyən qədər vaxt keçməkdədir. Artıq sazişdə qeyd edilən şərtlərin və icra olunmalı proseslərin birinci mərhələsi baş tutdu. Azərbaycanın işğal altında olan Ağdam rayonundan erməni silahlı qüvvələri tamamilə çıxarıldı. 30 illik münaqişənin 44 gün ərzində qələbə ilə yekunlaşması kimi, Ağdam rayonunun da danışıqlarla heç bir itki verilmədən azad olunması sözsüz ki, tarixi anlardan növbətisidir. Ağdam XX əsrin 90-cı illərinin əvvəlində baş tutan Qarabağ müharibəsinin ən çox şəhid verən rayonlarından biri olmuşdur. Lakin 20 noyabr 2020-ci il tarixində qətiyyətli formada yeridilən siyasətin nəticəsi oalraq heç bir hərbi əməliyyat keçirilmədən azad edildi. İmzalanan 3 tərəfli bəyanata əsasən artıq Azərbaycanın ərazilərinin azad olunmasının ilk addımları atıldı.

II Dünya müharibəsindən sonra, XX əsrin son yarısı XXI əsrin əvvəlinə nəzər salan zaman nadir hallardan birinin Azərbaycan tarixində yaşandığını görürük. Qeyd edilən dövrə nəzər yetirən zaman dünyada baş tutan fərqli münaqişələrin gedişatı və yekunlaşmasında çox nadir görülən bir hal vardır. İşğalçı tərəf heç bir güllə atmadan işğal etdiyi torpaqları tamamilə geri qaytarır. Bu hər tərəfli sevindirici haldır. Çünki həm torpaqlarımız işğaldan azad olunur, həm də bu proses şəhid və itkilər olmadan həyata keçirilir. Ümumiyyətlə Azərbaycanın üçün çox əhəmiyyətli olan bölgələrdən biri olan Ağdamın ölkə rəhbərliyinin qətiyyəti və dönməzliyi ilə bu formada azad olunması həqiqətən də qürurvericidir.

Təəssüfləndirici bir hal vardır ki, erməni silahlı qüvvələri 30 il ərzində işğalçılıq siyasi yeritdikləri ərazilərdə infrastruktur və resursları talan etməklə məşğul olduğu üçün hal-hazırda işğaldan azad olunan bölgələrimizdə ciddi işlərin görülməsinə zərurət var. Amma artıq dəqiqliklə deyə biləcəyimiz bir məqam var ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxışlarında bir neçə dəfə qeyd etdiyi kimi, işğaldan azad olunan bütün bölgələr yenidən dirçələk, həyat və infrastuktur yenidən qurulacaqdır.

Şahin Seyidzadə

Milli Məclisin deputatı

 

 

Paylaş:
2723

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər