ru

İdman

24 İyun saat 16:16

İki cüdoçumuz “Minsk 2019”un yarımfinalına yüksəlib

İki cüdoçumuz “Minsk 2019”un yarımfinalına yüksəlib

Bu gün “Minsk 2019”- İkinci Avropa Oyunlarının dördüncü günündə Azərbaycanın iki cüdoçusu yarımfinala keçid alıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) səkkizdəbir finalda almaniyalı Yasmin Kuelbsi, dörddəbir finalda isə britaniyalı Sara Adlinqtonu ipponla məğlub edib. O, finala vəsiqə uğrunda Belarus təmsilçisi Marina Slutskaya ilə qarşılaşacaq.

Həmçinin, 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri dörddəbir finalda hollandiyalı Roy Meyeri məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi rusiyalı İnal Tasoyev olacaq.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur