İngiltərə vətəndaşı Bakıda əməliyyat olundu: “Burada özümü vətənimdə olduğu kimi hiss etdim” | 1news.az | Xəbərlər
Müsahibə

İngiltərə vətəndaşı Bakıda əməliyyat olundu: “Burada özümü vətənimdə olduğu kimi hiss etdim”

15:19 - 13 / 02 / 2020
İngiltərə vətəndaşı Bakıda əməliyyat olundu: “Burada özümü vətənimdə olduğu kimi hiss etdim”

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı bariatrik cərrahı, professor Mojtaba Haşemzadeh uzun illərdir bariatrik cərrahiyyə sahəsində çalışır və dünyanın müxtəlif klinikalarında 8000-dən artıq müxtəlif növ bariatrik əməliyyatlar icra edib.

Professor Mojtaba Haşemzadeh 1986-1994-cü illərdə İran İslam Respublikasının Məşhəd Tibb Universitetində ümumi tibb təhsili aldıqdan sonra 1996-2000-ci illərdə Tehran Tibb Universitetinin Tibb fakültəsində cərrahiyyə üzrə rezidenturada təhsilini davam etdirib.  2014-cü ildə ABŞ-ın Beth Universitet Hospitalında bariatrik cərrahiyyə üzrə bir illik təkmilləşdirmə kursu keçib.

Bariatrik cərrah kimi fəaliyyət göstərdiyi illər ərzində professor Mojtaba Haşemzadeh  dünyanın bariatrik cərrahiyyəsinin aktual problemlərinə həsr olunmuş ən mötəbər konqres, simpozium və konfranslarda iştirak edərək öz təcrübəsilə bölüşüb.  Onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İran və digər ölkələrdən müraciət edirlər.

Dr. Mojtaba Haşemzadeh bildirir ki, BMT-nin yaydığı məlumata görə, 2019-cu ildə dünyada 670 milyon nəfər insan artıq çəkidən və piylənmədən əziyyət çəkib. Problem təkcə bədən quruluşunun pozulmasından ibarət deyil. Piylənmə - bütün dünyada sosial bəlaya – baş verən ölüm hallarının ən əsas səbəblərindən birinə çevrilib.  Piylənmə insanlarda ikinci tip şəkərli diabetə, ürəyin işemik xəstəliyinə, hipertoniyaya, osteoartritə və digər  ağır xəstəliklərə yol açır.

Bu günlərdə İngiltərədən gəlmiş pasiyent Melodi Cabbari Mərkəzi Gömrük Hospitalında bariatrik əməliyyat  olunmaq üçün professor  Mojtaba Haşemzadehə müraciət edib. İngiltərə vətəndaşı olan Melodi Cabbari 4 ildir ki, İngiltərənin Nyukasl şəhərində yaşayır. İngiltərə universitetlərindən birində  İnformasiya texnologiyaları sahəsində magistr təhsili alır. Fürsətdən istifadə edib Melodi Cabbaridən müsahibə aldıq.

- Xanım Melodi Cabbari, Azərbaycana xoş gəlmisiniz. Necə oldu ki, siz əməliyyat üçün İngiltərədən məhz Azərbaycanda fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalının  bariatrik cərrahı Dr.Mojtaba Haşemzadehə müraciət etdiniz? Onun haqqında əvvəllər eşitmişdinizmi?

- Mən 10 ildir ki, Dr. Mojtaba Haşemzadehi tanıyıram, həkimin məharətindən, təcrübəsindən xəbərim var. Mən mədə sliv qastrektomiya əməliyyatı etməyə  qərar vermişəm. Bu əməliyyatı  yalnız Dr. Mojtaba Haşemzadehin icra etməsini istəyirəm. Çünki, Dr. Mojtaba Haşemzadeh 25 ilə yaxındır ki, bu bariatrik əməliyyatları icra edir və bütün pasiyentlərinin nəticələri yaxşı olub.  

- Hansı  şikayətləriniz olurdu ki, siz bariatrik əməliyyat etməyə qərar verdiniz?

- Mən hazırda artıq çəkidən, həm də çox yeməkdən əziyyət çəkirəm. Əsəbiləşəndə iştahım artır, bütün günü yemək istəyirəm. Yaşım 40-ı keçib, çəkim 95 kq-a çatıb. Qaraciyərimdə piylənmə var, narahatam ki, bu səbəblər mənim sağlamlığımda fəsadlar yaradar. Ona görə bariatrik əməliyyata gəldim. Vaxtında əməliyyata girsəm, yəqin ki, başqa xəstəliklərin qarşısını almış olaram.

- Əməliyyatdan sonra hansı çəkidə olmaq istərdiniz?

- Sağlam olmaq üçün 65-70 kq çəki arasında olmaq istəyirəm.

- Siz çəkinizi azaltmaq üçün idmanla məşğul olurdunuzmu?

- Mən nəinki idmanla məşğul olurdum, hətta pəhriz də saxlayırdım. Təəssüflər olsun ki, bunların mənə xeyri olmadı. Hətta pəhriz dişlərimə, saçlarıma pis təsir etdi. Dişlərim xarab oldu, saçlarım töküldü. Müxtəlif piy əridən dərmanlar qəbul etdim, amma istədiyim nəticəni ala bilmədim...

- Əməliyyat nə vaxtdır?

-  Sabah əməliyyat olunacağam.

Müsahibəmizi iki gün sonra xəstə evə yazılarkən davam etdirdik. “Necəsiniz” sualına xanım Melodi Cabbari bildirdi ki, hər şey çox yaxşıdır və o həmin axşam təyyarə ilə evinə - İngiltərəyə qayıdır. Fürsətdən istifadə edərək  Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı Dr.Mojtaba Haşemzadehə və bütün  tibb personalına təşəkkürünü bildirdi. “Mən burada özümü vətənimdə olduğu kimi hiss etdim”, - deyə, xüsusilə vurğuladı.

Müsahibəni apardı:

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova

 

Paylaş:
1930

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər