İnsan alverçiləri: Almaniya azərbaycanlı müxalifətçilərin cinayətkar şəbəkəsini aşkar edib  – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

İnsan alverçiləri: Almaniya azərbaycanlı müxalifətçilərin cinayətkar şəbəkəsini aşkar edib  – FOTO – VİDEO

17:11 - 22 / 11 / 2019
İnsan alverçiləri: Almaniya azərbaycanlı müxalifətçilərin cinayətkar şəbəkəsini aşkar edib  – FOTO – VİDEO

Azərbaycanın müxalifət partiya nümayəndələri tərəfindən Avropaya qanunsuz mühacir alveri qalmaqalı ətrafında müzakirələr getdicə daha da genişlənir.

Almaniya məhkəmələri fırıldaqçılıq yolu ilə ölkədə məskunlaşmış saxta “siyasi mühacir”lərlə bağlı yeni təfərrüatları aydınlaşdırır. Və artıq məlumdur ki, bu qalmaqala tanınmış müxalifətçilər, “Müsavat”, Azərbaycan Xalq Cəbhəsi (AXCP) partiyalarının üzvləri də qarışıblar.

Almaniyada təqsirləndirilən şəxslər kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayev həbs olunublar.

Əlövsət Əliyev və Elçin Əkbərov

Müəyyən edilib ki, bu şəxslər vətəndaşları aldadaraq pul müqabilində onlara saxta sənəd və arayışlar verib, Almaniyaya getmələrini təşkil edib, orada onları yerləşdirərək digər xidmətlər göstəriblər. Nəticədə uzun illər ərzində yüzlərlə, bəlkə dəminlərlə vətəndaş bu sxemdən istifadə ediblər. Lakin bu şəxslər müxalifətçilərə yüksək məbləğdə pul vermələrinə baxmayaraq Almaniyada yaşamağa müvəffəq olmayıb, onlar Azərbaycana deportasiya olunublar...

Hazırda məsələ ilə bağlı yeni faktlara baxılır. Məlum olduğu kimi, Azərbaycanla Avropa ölkələrinin miqrasiya orqanları arasında readmissiya sazişləri çərçivəsində qeyri-qanuni miqrantların qaytarılması proseduru həyata keçirilir. Belə ki, 2014-cü ilə qədər 1385 Azərbaycan vətəndaşı qaytarılmışdısa, 2019-cu ilin 11 ayı ərzində 397 vətəndaş qaytarılıb. Təbii olaraq Azərbaycanın hüquq-mühfizə orqanları qanunsuz miqrasiya kanallarını aşkar etmək üçün geri qaytarılanlardan onları hansı yollarla Avropaya getdiklərini aydınlaşdırır. Bəziləri Avropada yaşamaq üçün saxta sənədlər əsasında viza və yaşamaq hüququnu əldə etdiklərini etiraf edirlər.

Burada maraqlı məqam ortaya çıxır. Hüquq-mühafizə orqanları aşkar edir ki, bir sıra müxalif partiya nümayəndələri, daha çox “Müsavat” və AXCP üzvü Avropada məskunlaşaraq geniş cinayət şəbəkəsi qurub və qanunsuz miqrant ticarətilə məşğul olub. Bunun üçün onlar Azərbaycanın müxtəlif dövlət qurumlarının sənədlərini saxtalaşdırıb, saxta arayışlar veriblər.

Bununla yanaşı, “biznesmen” müxalifətçirlər heç nədən çəkinmirlər. Belə ki, Avropada yaşayış icazəsinin verilməsini əsaslandırmaq üçün, artıq köhnə qaydada olduğu kimi, qeyri-qanuni miqrantlara müxalifət partiyalarına üzv olmaları barədə saxta sənədlər vermirlər, hətta "Azərbaycan hakimiyyəti tərəfindən sıxışdırmaların" sübutu olaraq mitinqlərdən quraşdırılmış şəkilləri də yerləşdir, eləcə də alçaq metodları da fəal istifadə edirlər.

Xüsusilə bir sıra mühaciri saxta sənədlərlə erməni, digərlərini isə guya Azərbaycanda yüksəkkeyfiyyətli tibbi kömək ala bilməməsi kimi saxta arayış veriblər. Və nəhayətdə bir sıra mühaciri guya Azərbaycanda seksual azlıqların hüquqlarının qorunmaması, onların təhlükə ilə qarşılaşmasından dolayı homoseksual və transvestit kimi sənəd də düzəldiblər.

Həqiqətən, dolaşıq siyasi vasitələr həmişə müxalifət partiyalarına mənsubluğu nümayiş etdirən saxtakarların əlamətidir. Hazırda avropalılar çəhrayi eynəklərini çıxararaq Azərbaycandan çoxlu sayda “erməni” və “mavilərin” gedişini daha aydın başa düşürlər.

Almaniyanın Koblenz məhkəməsi mühacir alverində ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı maddi sübutların aşkar edilməsi üçün evə və digər obyektlərə, həmçinin təqsirləndirilənlərə məxsus nəqliyyat vasitələrinə, eləcə də onlara aid digər əşyalara baxış keçirilməsi barədə qərar çıxarıb.

Məlum olub ki, Facebook sosial şəbəkəsində Azad Soz səhifəsini administratoru, Almaniyada yaşayan Tural Sadıqlı məxfiliyə baxmayaraq Koblenz məhkəməsinin qərarının mətnini paylaşıb. Bunu məqsədli şəkildə edərək, bununla da o, öz üzərində olan şübhələri yaymağa çalışır. Lakin mühacir alveri ilə bağlı T.Sadıqlı da əsas şübhəlilərdən biridir.

Məhkəmənin qərarında qeyd olunub ki, təqsirləndirilən şəxs, ən azı 2015-ci ildən etibarən digər təqsirləndirilən şəxs Xəlilbəyli ilə birlikdə, gəlir əldə etmək məqsədilə, Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz, yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə kömək etməkdə və bununla gəlir əldə etməkdə şübhəli bilinir.

2014-cü ildən etibarən təqsirləndirilən şəxs Məmmədovun özünün və ailəsinin, həmçinin digər təqsirləndirilənlər Bayraməliyev, Əkbərov və onların ailələrinin Almaniyaya qanunsuz olaraq gətirilməsi həyata keçirilib. Bunların arasında, xüsusilə “Ramil Rüstəmov”, Rəşad və Əziz, hər biri ailə üzvləri ilə birlikdə, Azərbaycan ərazisindən heç bir pasportu və yaşamaq icazəsi olmadan Almaniya ərazisinə daxil olmuşdurlar.

Bununla yanaşı, şəxsiyyəti hələlik bilinməyən 60-a qədər azərbaycanlı qanunsuz olaraq ölkəyə gətirilib. Bir neçə min avroluq ödəniş qarşılığında, qanunsuz miqrantlara gəldikləri ölkədə guya siyasi təqibə məruz qalmasını sübut etmək üçün Almaniyada saxta sənədlər təqdim olunur və bu sənədlərdən qaçqın statusu almaq prosesində istifadə olunurdu.

Qərara əsasən, təqsirləndirilən Xəlilbəyli xüsusilə bu işlərin ümumi olaraq təşkil olunmasında və ödənişin qəbul olunmasında və qaçaq gələn şəxslərlə əlaqədə olan ilk şəxs kimi tanınır. O, qaçaq miqrantlara qaçqın statusu almaq prosesi zamanı və Almaniya dövlət qurumları ilə əlaqədə necə davranılmalı olduğunu öyrədib.

Bundan əlavə o, qanunsuz miqrantların həqiqi sənədlərini özündə saxlayıb, qanunsuz miqrantların Azərbaycanda guya siyasi təqibə məruz qalmasını göstərən saxtalaşdırılmış sənədlərlə təmin etmək üçün vəziyyətdən asılı olaraq 3-cü şəxsləri, digər təqsirləndirilən Həsən və Cavadovu bu fəaliyyətə cəlb edib.

Təqsirləndirilən Məmmədov hər bir halda 2018-ci ilin payızına qədər təqsirləndirilən Xəlilbəylinin sürücüsü kimi çalışıb, hansı ki, o 2015-ci ildən bəri təxminən 50 dəfə olmaqla ümumilikdə 300.000 avro məbləğində pulu təqsirləndirilən Cavadovdan təqsirləndirilən Xəlilbəyliyə çatdırıb və ümumilikdə 7 saxta sənədlərlə dolu paketi təqsirləndirilən Həsəndən təqsirləndirilən Xəlilbəyliyə verib.

Bununla yanaşı, o, qaçqın miqrantları hava limanında qarşılamış və ilk kontakt şəxs olan təqsirləndirilən Xəlilbəylinin təlimatlarını çatdırmışdır. Əlavə olaraq nəğd ödənişlərlə və Sparkasse və Neuvid Volksbnakdakı hesabları vasitəsilə qanunsuz miqrant alverindən əldə etdikləri gəliri ört-basdır etmişdir.

Lakin ortaya çıxan yeni məlumatlara görə, Almaniyadakı həbs edilmiş azərbaycanlı müxalifət  nümayəndələri aysberqin görünən hissəsidir və əsas kəşflər hələ qarşıdadır!

Ümumiyyətlə “mühacir alveri” işi ilə tanış olduqda elə təəssürat yaranır ki, sanki “Müsavat” partiyası ilə AXCP bir-birləri ilə yarışır: kim xaricə daha çox qanunsuz miqrant aparacaq.

Təəccüblü deyil ki, AXCP bu biznesi aktiv şəkildə yayır. Belə ki, İsveçdə məskunlaşmış Əli Kərimlinin qohumu – Rauf Hüseynov qanunsuz miqrasiyanın təminatı üçün Bakının Nəsimi rayonunun polisinin İdarəsinin və 20-ci polis bölməsinin sənədlərini saxtalaşdırır, Qənimət Zahidin  köməkçisi və Hollandiyada yaşayan jurnalist Fikrət Hüseynov AXCP rəhbərliyi ilə saxta partiya sənədlərinin və məhkəmə qərarlarının verilməsini il məşğuldur.

Əli Kərimli, Arif Hacılı və Qənimət Zahid

Bu cinayətkarları, qanunsuz işlərini müxalif ideyalar adı altında gizlədən riyakarları görən avropalılar qoyunlarında ilan bəslədiklərini aydın anlayırlar. Bu gunahın cəzası da yaxındır.

Hazırda alman hökuməti Xəqani Xəlilovun şikayətini araşdırır. Belə ki, Tural Sadıqlı pul müqabilində Almaniyada ona yaşayış icasəzi vəd etsə də, Xəqani Xəlilov ölkədən deportasiya edilib.

Tural Sadıqlı

Müxalif cildlərdə olan bu fırıldaqçıları gördükdə bir daha əmin olursan ki, daha çox demokratiya, insan hüquqları, söz azadlığı haqqında bağıran müxalifətçilər bu anlayışları yalnız öz hiyləgər maraqları üçün istifadə edirlər.

Hazırda onların arasında yeni trend yaranıb  – Azərbaycan hakimiyyətini tənqid edərək, hər cür səylə vətənlərinə dönüş əmrini verdiklərini iddia etməyə çalışırlar. Bütün bu oyunlar avropalıların şəfqətini qazanmağa köklənsə də, Avropa hər şeyi açıq-aydın görür.

Qanunsuz mühacr ticarəti cinayət işi ilə bağlı istintaq həm Avropada, həm də Azərbaycanda aparılır. Almaniya, Fransa, Hollandiya və Azərbaycanın hüquq-mühafizə orqanları artıq Macarıstan və Çexiya vasitəsilə qanunsuz miqrantların ölkəmizdən Qərbi Avropa dövlətlərinə daşınması üçün və bunun üçün Polşa ərazisindən istifadə edən cinayətkar qrupların kanalını müəyyənləşdirib.

Qarşıda bizi Əli Kərimli və Arif Hacılının əlaltılarının qeyri-qanuni əməlləri, onların avropalıları necə riyakarlıqla aldadaraq oraya sığındıqları və Avropaya gedən həmyerlilərini qarət etmələri ilə bağlı yeni sensasiyalar gözləyir.

Lakin indidən məlumdur ki, Avropada məskunlaşan bu fırıldaqçılar sözdə Azərbaycan müxalif partiyasını üzvü adı altında gizlənərək Azərbaycan hökumətini tənqid edir və azərbaycanlıları erməni və homoseksual kimi qələmə verərək əslində Avropadakı isti yuvalarında qalmağa və insanları aldadaraq pul qoparmağa çalışırlar.

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
1623

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər