“İrəvan məscidlərini dağıdan ermənilər Qarabağdakı yeni kilsələr üçün hay-həşir salıblar”: Elbay Qasımzadənin sərt cavabı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrəvan məscidlərini dağıdan ermənilər Qarabağdakı yeni kilsələr üçün hay-həşir salıblar”: Elbay Qasımzadənin sərt cavabı – FOTO

17:23 - 31 / 12 / 2020
“İrəvan məscidlərini dağıdan ermənilər Qarabağdakı yeni kilsələr üçün hay-həşir salıblar”: Elbay Qasımzadənin sərt cavabı – FOTO

Ermənilər bütün tarixi boyu fürsət düşdükcə xalqımızın irsi olan bütün memarlıq, mədəni və tarixi abidələrimizi sistemli şəkildə məhv ediblər.

Bu erməni neo-vandalizminin sübutu indi Vətən müharibəsi zamanı azad edilmiş Azərbaycan ərazilərində gördüyümüz dağıdılmış evlər və müxtəlif binalardır. Ağdam bir xəyal şəhəri, Azərbaycanın Xirosiması, Füzuli - Azərbaycan əsgərlərinin dövlət bayrağını qaldırmaq üçün bir dənə də olsun salamat bina tapa bilmədikləri şəhər, yer üzündən demək olar ki, silinmiş Cəbrayıl və Qubadlı, alaq otları basmış Azərbaycan kəndləri... Bu kədərli siyahını davam etmək olar...

Və bu vəziyyət ilk il deyil ki, təkrarlanır - ermənilər bu torpaqlara gəlmə olduqlarını bildikləri üçün qəsdən azərbaycanlılara aid hər şeyi məhv etməyə, bununla da dünyada çaşqınlıq yaratmağa çalışırlar. Digər parlaq dəlil İrəvan şəhərindəki Azərbaycan məscidlərinin acı taleyidir.

Bəzi mənbələrə görə İrəvan şəhərində 10, digərlərinə görə - 6 qədim Azərbaycan məscidi olub. Orta əsrlərdə isə onların sayı daha çox olub, lakin zəlzələ zamanı dağılıblar. Dəmirbulaq, Zalxan, Təpəbaşı, Sərdar məscidləri, Göy məscid, Rəcəb Paşa məscidi - hamısı bir vaxtlar İrəvanda gözəllikləri ilə məşhur idilər. Onlar Frans Rubonun “İrəvan qalasını rus qoşunları tərəfindən ələ keçirməsi”, eləcə də  Karl Beggovun “1 dekabr 1827-ci ildə İrəvan qalasının hücumla alınması” adlı rəsm əsərlərində də əks olunub.

Ancaq təəssüf ki, indi bu İrəvan məscidlərinin heç biri salamat deyil – onlar erməni vandalları tərəfindən dağıdılıb. 1920-ci illərdə Rəcəb Paşa məscidi, XX əsrin sonunda Dəmirbulaq məscidi, digər məscidlərin çoxu isə 1930-cu illərdə dağıdılıb. Məşhur və gözəl Sərdar məscidindən (Abbas Mirzə məscidi) yalnız bir divar qalıb, o da tezliklə söküləcək (yeni binanın həyətindədir). Yalnız Göy məscid nisbətən salamat qalıb - ona görə ki, İranın köməyi ilə bərpa edilib və indi fars məscidi kimi qələmə verilir!

Bu yaxınlarda Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizdəki Azərbaycan məscidlərinə də münasibət yaxşı olmayıb. Ağdam məscidi, Şuşa şəhərindəki məscid, Qubadlı məscidi, kəndlərdəki məscidlər - hamısı qəsdən tamamilə və ya qismən dağıdılıb, yaxud da ermənilər tərəfindən donuz saxlanan tövlə kimi istifadə olunaraq təhqir olunublar...

Bakının mərkəzində erməni məscidinin etibarlı bir şəkildə qorunmasına baxmayaraq indi ermənilər Azərbaycan Memarlar İttifaqının sədri, respublikanın əməkdar memarı Elbay Qasımzadənin kontekstdən çıxardığı sözlər üzərində spekulyasiya etməyə çalışırlar. “Elbay Qasımzadə Qarabağ ərazisindəki bütün erməni kilsələrini məhv etməyi təklif edir!” “Azərbaycanın baş memarı Qarabağdakı erməni mədəni irsinin məhv ediləəyinin anonsunu verir!” - bu cür xəbərlər indi erməni mediası tərəfindən yayımlanır.

Bəs həqiqət haradadır? Gurultulu başlıqların arxasında nə var? Fəxri memarın düşüncələri kontekstdən çıxarıldı. Elbay Qasımzadənin özü ilə söhbət edərək buna əmin olduq. O, 1news.az-a açıqlamasında dediyi sözlərdən imtina etmədiyini, ancaq onları kontekstdə qəbul etməsini xahiş etdi.

Elbay Qasımzadə

“Bəli, kilsələrin sökülməsinin vacibliyindən danışdım. Ancaq mən 1992-1993-cü illərdən sonra işğal olunmuş ərazilərimizdə tikilmiş yeni kilsələrdən danışıram.

Görün nə baş verir! Ermənilər təxminən 30 il ərzində işğal etdikləri torpaqlarda bir dənə də olsun normal yaşayış binası, mədəniyyət və ya səhiyyə müəssisəsi tikməyiblər, sadəcə hər şeyi dağıdıblar. Eyni zamanda, heç yaşamadıqları Azərbaycan şəhərlərində 20-yə qədər kilsə tikiblər. Bu, Azərbaycanın işğal olunmuş ərazilərindəki varlıqlarını əbədi olaraq davam etdirmək, buna haqq qazandırmaq niyyəti ilə edildi. Bu, sadəcə təhqir deyil, işğal olunmuş ərazilərdə ibadətgahların tikilməsini qadağan edən beynəlxalq konvensiyaların pozulmasıdır.

Bundan əlavə, bu 20 kilsənin heç bir memarlıq dəyəri yoxdur, indi çılpaq divarlar var, ermənilər hər şeyi götürüblər. Azərbaycanın işğal olunmuş ərazilərindəki qədim xristian kilsələrini dəyişdirmələri, məscidlərimizdə donuz saxlamaları, hər şeyi dağıtmaları, xarabalığa çevrilməsi onlar üçün kifayət deyil! Azərbaycan şəhərlərində tələsik ucaldılmış kilsələrin sökülməli olduğunu deyəndə isə inciyirlər. Bəli, lazımdır! Onların yerinə təxminən 30 ildən sonra torpaqlarımızı azad etdiyimizə dair xatirə lövhələri qoyacağıq!”.

E.Qasımzadənin sözlərinə görə,  Qarabağ həm İsveçrə, həm Alp dağları, həm Karlovıy Varı, ümumiyyətlə, bir insanın tətildə xəyal edə biləcəyi hər şeydir:

“Qarabağda hər şey yenidən başlayır! Bu torpaqlarda düşmənlərimizin həsəd aparacaqları nümunəvi şəhərlər və kəndlər tikəcəyik ”.

Timur Rzayev

Paylaş:
1131

Son xəbərlər

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42
Bütün xəbərlər