İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

15:04 - 26 / 02 / 2020
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Useymin 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Baş katib faciə zamanı həlak olmuş insanların xatirəsini ehtiramla yad edib.

1news.az-ın verdiyi xəbərə görə, bəyanatda Xocalı qırğınının Ermənistanın Azərbaycan torpaqlarını qeyri-qanuni işğal etməsi nəticəsində baş verdiyi bildirilir. Qeyd edilir ki, Baş katib işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi dəyərləndirən, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Sammitinin 12-ci sessiyasının Yekun Kommünikesinə, o cümlədən İƏT Xarici İşlər Nazirləri Şurasının 2019-cu ildə Əbu-Dabidə keçirilmiş 46-cı sessiyasında qəbul edilmiş qətnamələrə istinad edib.

Baş katib bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında ən qısa müddətdə siyasi həllinə çağıran İƏT Xarici İşlər Nazirləri Şurasının qətnamələrini bir daha xatırladıb.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

“Ermənilər bir gecədə bütün ailəmi öldürdü” – Xocalı faciəsinin canlı şahidi – VİDEO

Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
632

Son xəbərlər

Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29
Bütün xəbərlər