İstehlakçılar və sahibkarlar öz sosial məsuliyyətlərini unutmamalıdırlar | 1news.az | Xəbərlər
İqtisadiyyat

İstehlakçılar və sahibkarlar öz sosial məsuliyyətlərini unutmamalıdırlar

14:36 - 07 / 07 / 2020
İstehlakçılar və sahibkarlar öz sosial məsuliyyətlərini unutmamalıdırlar

COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilən ərazilərdə artıq xeyli müddətdir ki, müxtəlif dövlət qurumları tərəfindən fəaliyyətinə icazə verilmiş sahələrdə xüsusi karantin şərtlərinə, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vəziyyəti ilə bağlı monitorinqlər keçirilir.

Monitorinqlər zamanı bir çox istehsal sahələrində, ticarət və xidmət obyektlərində müəyyən olunmuş qaydaların pozulması hallarına rast gəlinir, sahibkarlıq subyektləri tərəfindən müvafiq tələblərə etinasız, bir çox hallarda formal yanaşıldığı aşkarlanır.

1news.az-ın verdiyi xəbərə görə, iqtisadçı ekspert Qalib Toğrul ticarət və xidmət sahələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına əməl olunmasını günün vacib və təxirəsalınmaz addımı olduğunu bildirib:

“İri supermarketlər istisna olmaqla, bu gün şəhərin əksər ticarət obyektlərində karantin rejiminin tələblərinə ya əməl olunmur, ya da qismən əməl olunur. Sahibkarlar anlamalıdırlar ki, obyektin girişində dezinfeksiyaedici məhlulların yerləşdirilməsi, işçilərin maska taxması, istehlaklçıların mağazalara növbə ilə girişinin təşkili onların sosial məsuliyyətidir. İstehlakçılar isə öz növbələrində fiziki məsafəni gözləməli, maska taxmalı və növbəliliyə riayət etməlidirlər ki, sıxlıq yaranmasın. Sahibkarlar onu da unutmamalıdırlar ki, bu bəladan qurtulmaq onların bizneslərinin normal vəziyyətə dönüşü üçün vacibdir. İstehlakçılar və sahibkarlar bu prosesdə bir-birlərinə nəzarət etməli, karantin rejiminin tələblərinə əməl olunmasına çalışmalıdırlar”.

Bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcəkdir.

S.Xankişiyeva

Paylaş:
940

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər