İtaliya mətbuatında Azərbaycannın işğal edilmiş ərazilərində keçirilmiş qondarma "seçkiləri" pisləyən yazılar dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

İtaliya mətbuatında Azərbaycannın işğal edilmiş ərazilərində keçirilmiş qondarma "seçkiləri" pisləyən yazılar dərc olunub

22:56 - 02 / 04 / 2020
İtaliya mətbuatında Azərbaycannın işğal edilmiş ərazilərində keçirilmiş qondarma "seçkiləri" pisləyən yazılar dərc olunub

İtaliyanın nüfuzlu Askanews xəbər agentliyi, Agenzia Nova informasiya agentliyi, Notizie Geopolitiche onlayn qəzeti, Yahoo Notizie xəbər saytı, Giornale Diplomatico və Eurasianews xəbər portalları 2020-ci ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində keçirilmiş qondarma "seçkilər"i pisləyən yazılar dərc edib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə,   yazılarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və digər ətraf yeddi rayonun Ermənistan tərəfindən hərbi işğalına gətirib çıxardığı və həmin ərazilərdəki yerli əhalinin doğma yurdlarından didərgin salındığı bildirilib. Sözügedən ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizlənmənin həyata keçirildiyi, bu gün həmin ərazilərdə bir azərbaycanlının belə qalmadığı, işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yaradılmış qondarma rejimin təcavüz və irqi ayrıseçkiliyin nümunəsi olduğu diqqətə çatdırılıb.

Habelə dərc olunmuş yazılarda Azərbaycana qarşı hərbi gücün nəticəsi olaraq Azərbaycan torpaqlarının işğalının beynəlxalq ictimaiyyət tərəfindən davamlı olaraq pislənildiyi qeyd olunur. Bu xüsusda,  BMT TŞ-nın 1993-cü ildə Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörməti və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiqləyən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə istinad edilərək həmin qətnamələrin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunun təsdiqlədiyi, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb ediyi, habelə digər beynəlxalq təşkilatların  da oxşar mövqe sərgilədiyi vurğulanıb.

Yazılarda Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda qanunsuz rejim tərəfindən sözügedən qondarma “seçkilərin” keçirilməsinin Azərbaycan Respublikası Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən insan hüquqları və beynəlxalq humanitar hüququn normalarını açıq şəkildə pozduğu qeyd olunub. Habelə  məlumatlarda bu qondarma "seçkilər"in Ermənistanın işğalçı siyasətinin nəticələri və ilhaq istəklərini özündə əks etdirən ardıcıl tədbirlərdən biri olduğu bildirilir və bunun Ermənistanın status-kvonun saxlanılmasında və silahlı münaqişənin siyasi həllinin tapılmasında maraqlı olmadığı və təxribatlar və gərginliyin artırılması yolunu tutduğunun əyani sübutu olduğu qeyd olunur.

Məlumatlarda beynəlxalq hüquqa istinad edilərək güc tətbiq etməklə ərazinin əldə edilməsinin qadağan olunduğu, hər hansı bir hərbi işğalın müvəqqəti xarakter daşıdığı, bunun işğal olunmuş əraziyə suverenliyin ötürülməsi anlamına gəlmədiyi vurğulanır. Habelə beynəlxalq hüququn normalarına görə dövlətlərin heç bir halda ümumi beynəlxalq hüququn öhdəliklərinin ciddi şəkildə pozulması nəticəsində yaranmış bir vəziyyəti qanuni olaraq tanımaması, bu cür vəziyyətin saxlanmasına kömək və ya yardım da göstərməməsi, bu kimi hüquq pozuntularının qarşısını almaq üçün birgə əməkdaşlıq etmələri diqqətə çatdırılır. 

Yazılarda Azərbaycan tərəfinin dövlətləri və beynəlxalq təşkilatları Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qondarma "seçkilər"in keçirilməsini qətiyyətlə pisləməyə, bununla da etnik təmizləmə siyasətinə qarşı çıxaraq beynəlxalq sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətlərini bir daha təsdiq etməyə, onlardan öz vətəndaşlarının və nümayəndələrinin bu "seçkilərdə", o cümlədən "müşahidəçi" olaraq iştirak etməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırdığı bildirilir.  

 

Sonda İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən xarici səfərlərlə əlaqədar olaraq vətəndaşlara xəbərdarlıqları özündə əks etdirən müvafiq veb səhifəyə keçid verilməklə  işğal edilmiş ərazilərə səfər etmək  və qondarma "seçkilər"də iştirak etmək üçün dəvət olunan hər kəs üçün Azərbaycana məxsus beynəlxalq səviyyədə tanınan bir əraziyə - Dağlıq Qarabağa girişin beynəlxalq hüquq pozuntusu olması, Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil edilməklə nəticələnəcəyi barədə oxuculara məlumat verilir.

Materiallara keçid aşağıdakı linklər vasitəsilə mümkündür.

http://www.askanews.it/esteri/2020/03/10/armenia-organizza-elezioni-in-nagorno-karabakh-baku-violazione-diritto-pn_20200310_00139/

https://www.agenzianova.com/a/5e849f82673121.23606413/2844273/2020-03-10/nagorno-karabakh-azerbaigian-elezioni-illegali-nella-regione-violano-diritto-internazionale

https://www.agenzianova.com/a/5e849f8f436b17.74333464/2844274/2020-03-10/nagorno-karabakh-azerbaigian-elezioni-illegali-nella-regione-violano-diritto-internazionale-2

https://www.agenzianova.com/a/5e849f8f436802.69811215/2844275/2020-03-10/nagorno-karabakh-azerbaigian-elezioni-illegali-nella-regione-violano-diritto-internazionale-3

https://it.notizie.yahoo.com/armenia-organizza-elezioni-nagorno-karabakh-baku-violazione-diritto-092921670.html

https://it.notizie.yahoo.com/armenia-organizza-elezioni-nagorno-karabakh-baku-violazione-diritto-092921282.html

https://www.notiziegeopolitiche.net/nagorno-karabakh-elezioni-illegali-per-lambasciata-azerbaijana/

https://www.giornalediplomatico.it/Azerbaigian-ambasciata-elezioni-in-Nagorno-Karabakh-violano-diritto-internazionale.htm

https://www.eurasianews.it/2020/03/10/azerbaigian-le-cosi-dette-elezioni-del-regime-illegale-nagorno-karabakh-violano-palesemente-diritto-internazionale/

S.Xankişiyeva

 

Paylaş:
1105

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər