ru

Dünya

18 Oktyabr saat 10:35

Jurnalisti mahnı sədaları altında doğrayan şəxsin FOTOSU

Jurnalisti mahnı sədaları altında doğrayan şəxsin FOTOSU

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girdikdən sonra bir daha xəbər alınmayan jurnalist Camal Haşoqqinin ölümü ilə bağlı araşdırmalar davam etdirilir.

Onu işgəncə ilə öldürənlərdən birinin adı açıqlanıb. New York Times-ın məlumatına görə, "The Washington Post" qəzetinin köşə yazarı Camal Haşoqqini öldürən şəxsin adı Salah əl-Tubaqidir. O, qışqırıqları eşitməmək üçün yüksək səsli musiqi sədaları altında dəmir kəsən mişarla Haşoqqinin bədənini parçalayıb.

Salah əl-Tubaqi Britaniya universitetinin məzunudur. O, 2004-cü ildə Qlazqo universitetini bitirib. Autopsiya üzrə ekspert kimi fəaliyyət göstərib. Salah Haşoqqinin ölümündə şübhəli bilinən 15 nəfərdən biridir. Onun oktyabr ayının 2-də Atatürk hava limanında görüntülənməsi iddiaları daha da gücləndirir.

Qeyd edək ki, Camalın diri-diri, işgəncə ilə öldürüldüyü anın səsyazısı onun şəxsi "Apple" qol saatına düşüb. Haşoqqi 7 dəqiqə ərzində işgəncə ilə öldürülüb.

Milli.az

Səudiyyəli jurnalist musiqi sədaları altında barmaqları qoparılıb və başı kəsilib

Şaqqalayıb turşuda əritdilər - Jurnalistin amansız qətli

S.Xankişiyeva

 

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur