Kamaləddin Qafarov: “DOST mərkəzləri uğurlu sosial siyasətin vacib atributudur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “DOST mərkəzləri uğurlu sosial siyasətin vacib atributudur”

10:50 - 22 / 05 / 2020
Kamaləddin Qafarov: “DOST mərkəzləri uğurlu sosial siyasətin vacib atributudur”

“Ölkəmizdə Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində   DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması və daha da inkişaf etdirilməsi  istiqamətində aparılan işlərin həcmi və coğrafiyası gündən-günə genişlənir”.

Bu sözləri  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin   açılışından bəhs edərkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan  DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Mərkəzlərdə xidmətlər sistemləşdirilmiş formada “bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində göstərilir. Həmin xidmətlərin siyahısına əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrlə bağlı 126 xidmət növü daxildir.

K.Qafarov bildirib ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlər sisteminin  innovativ yanaşmalara əsaslanan modern, çevik iş prinsipinə malik  mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsiplərinin bərqərar  edilməsidir.

Ölkə Prezidenti  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 3 saylı  DOST mərkəzinin açılışında iştirakı, bu  sosial layihəyə verilən önəmin və sözügedən sahədə görülən işlərin, aparılan islahatların nəticəsinə olan marağın əyani sübutudur.  Prezidentimiz AzTV-yə müsahibəsində    bildirmişdir ki, vətəndaşların bu layihəni bəyənmə əmsalı 96 faizə çatmışdır. İnnovativ inkişaf, həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən, məqsədlərindən və atributlarından biridir.  DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması nəzərdə tutulur.

Millət vəkilinin fikrincə, DOST mərkəzləri vətəndaşların daha qısa zamanda sosial xidmətlərdən istifadəsi, daha əlçatımlı şəkildə yararlanması üçün yeni bir imkandır. Burada müxtəlif bürokratik əngəllərlə birbaşa ünsiyyət minimuma endiriləcək, sistemin elektronlaşdırılması vətəndaşların sosial yardımlardan və digər xidmətlərdən istifadəsini asanlaşdıracaq, şəffaflığın yüksəldilməsinə gətirib çıxaracaq.

Yaxın perspektivdə - 2020-2025-ci illərdə ölkəmizdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.  «ASAN xidmət», ABAD, DOST kimi sosial layihələr təkcə ölkəmizdə deyil, hətta onun hüdudlarından çox-çox uzaqda da geniş maraq doğurmuşdur və bu prosesin davamlı olacağı gözlənilir. Bütün dünyanı bürüyən koronavirus pandemiyasına baxmayaraq, ölkəmizdə iqtisadi tərəqqi, artan maliyyə imkanları güclü sosial siyasətin davamlılığını təmin edir.

K.Qafarov əlavə etmişdir ki, Azərbaycan yaranmış ekstremal şəraitdə nəinki iqtisadi inkişaf tempini, makroiqtisadi sabitliyi,  maliyyə stabilliyini qoruyub saxlamış, hətta bu günə qədər daha çox köməyə  ehtiyacı olan 13 ölkəyə və 3 beynəlxalq təşkilata da yardım göstərib.

Millət vəkili sonda bildirmişdir ki, DOST mərkəzlərinin yaradılması Prezident İlham Əliyevin sosial sahədə apardığı islahatlar proqramının növbəti, uğurlu bir səhifəsidir. Bu uğurun qayəsində  şəffaflıq, düzlük, operativlik, innovativlik və vətəndaşlara yüksək nümunəvi xidmət dayanır. Heç şübhə yoxdur ki, DOST mərkəzlərinin çoxaldılması sosial məmnunluğu daha da yüksəldəcək, vətəndaşlara daha sivil sosial xidmət göstərilməsini təmin edəcək.

1news.az

Paylaş:
1218

Son xəbərlər

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51
Bütün xəbərlər