Kamran Əliyev: Həftəsonu evdən çıxmaq xüsusi karantin rejiminin pozulmasıdır – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev: Həftəsonu evdən çıxmaq xüsusi karantin rejiminin pozulmasıdır – VİDEO

09:24 - 05 / 06 / 2020
Kamran Əliyev: Həftəsonu evdən çıxmaq xüsusi karantin rejiminin pozulmasıdır – VİDEO

Şənbə və bazar günləri evdən çıxanlar cərimə oluna və həbs edilə bilərlər.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzTV-də yayımlanan "Hədəf” verilişində bildirib:

“Məhdud sayda icazə verilən təşkilatların əməkdaşlarının gediş-gəlişinə icazə verilməsi, fəaliyyətinə icazə verilən təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub. Kimsə fikirləşməsin ki, mənim portalda icazəm varsa, öz avtomobilimi əvvəlki qaydada istifadə edə bilərəm. Fərdi və İctimai nəqliyyat vasitələrindən, avtobus və taksilərdən istifadəyə icazə verilməyəcək. Bu qadağalar Bakı, Sumqayıt Gəncə şəhərlərinə, Abşeron rayonu və Lənkəran şəhərinə aiddir. Bu hallar istisna olmaqla kimsə evdən çıxarsa, qanunu pozmuş olur. Bu, İnzibati Xətalar Məcəlləsinin bilavasitə 211.1-ci maddəsinin tələbinin pozulması deməkdir.

Əhali başa düşməlidir ki, evdən çıxmaq təkcə maskaların daşınması qaydalarının pozulması deyil. Bu, bilavasitə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 100 manatdan 200 manatadək fiziki şəxslərin, 1500 manatdan 2000 manatadək vəzifəli şəxslərin və 2000 manatdan 5000 manatadək hüquqi şəxslərin məsuliyyətə cəlb olunması deməkdir. Eləcə də cərimədən əlavə fiziki və ya hüquqi şəxslərin bir ay müddətədək inzibati həbs cəzası ilə cəzalandırılması ilə nəticələnə bilər.

Ona görə də, hər kəs başa düşməlidir ki, evdən çıxmaq xüsusi karantin rejiminin pozulmasıdır. Ona görə fiziki şəxslər 100 manatdan 200 manatadək cərimə olunacaq, yaxud inzibati qaydada həbs olunacaqlar. Fikirləşməsinlər ki, mən 50 manat cərimə ödəyəcəm, bununla da iş yekunlaşacaq”.

S.Xankişiyeva

 

Paylaş:
937

Son xəbərlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44
Bütün xəbərlər