Kobi Brayantın qəzaya uğradığı helikopteri erməni idarə edib – FOTO | 1news.az | Xəbərlər
İdman

Kobi Brayantın qəzaya uğradığı helikopteri erməni idarə edib – FOTO

11:20 - 28 / 01 / 2020
Kobi Brayantın qəzaya uğradığı helikopteri erməni idarə edib – FOTO

Kobi Brayantla birlikdə qəzaya uğrayan digər doqquz sərnişinin adları məlum olub.

Yanvarın 26-da Los-Ancelesdə əfsanəvi basketbolçu Kobi Brayant dünyasının dəyişib. Onunla birlikdə helikopter qəzasında 13 yaşlı qızı da olub.

Heavy nəşrinin yaydığı məlumata görə, Brayant və qızından başqa qəzada onunla eyni klubdan olan Alissa Altobelli, atası – məşqçi Con Altobelli və anası Keri Altobelli də olublar. Həmçinin helikopterin göyərtəsində Sara Çester, qızı Peyton Çester, basketbol məşqçisi Kristina Mauzer və pilot Ara Zobayan da olublar. Pilotun 50 yaşı olub. Ara Zobayan – milliyətcə ermənidir.

The Mirror nəşri yazır ki, qəzadan öncə dispetçer pilotla əlaqə saxlayaraq helikopterin çox aşağıdan uçduğunu xəbərdarlıq edib. Bununla yanaşı, Los-Anceles polisi təsdiq edib ki, hava şəraiti uçuş üçün əlverişli olmayıb.

Helikopter Koliforniya ştatında “Mamba” idman akademiyasına uçurdu.

Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş “Qara mamba” ləqəbli K.Brayant “Los Angeles Leykers” komandasında forma geyinib. O, Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.

Ərdoğan əfsanəvi basketbolçudan yazdı – FOTO

 

Paylaş:
997

Son xəbərlər

“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28
Bütün xəbərlər