KÖMƏYƏ ÇAĞIRIŞ: Böyrəyi və dalağı əməliyyatla götürülən 3 yaşlı Elayı xilas edək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

KÖMƏYƏ ÇAĞIRIŞ: Böyrəyi və dalağı əməliyyatla götürülən 3 yaşlı Elayı xilas edək - FOTO

10:20 - 26 / 01 / 2021
KÖMƏYƏ ÇAĞIRIŞ: Böyrəyi və dalağı əməliyyatla götürülən 3 yaşlı Elayı xilas edək - FOTO

Balaca Elayın heç 3 yaşı yenicə olub. Üç yaşına yanvarın 24-də qədəm qoyub. Valideynləri onun doğum gününü qeyd etməyə hazırlaşarkən həyatlarının şokunu yaşayıblar. Belə ki, qarın ağrısından şikayətlənən Elayı həkimə aparanda onun çox ağır bir xəstəliyə tutulduğunu öyrəniblər.

Elayın atası Elxan Cahandarovun sözlərinə görə, keçən ilin noyabr ayında Elay əməliyyat olunub və sol böyrəyi ilə dalağı götürülüb:

“Əvvəllər Elayın səhhəti ilə bağlı heç bir şikayəti olmamışdı. Noyabr ayında uşaq iki gün ardıcıl olaraq qarın ağrısından şikayət etdi və biz onu sahə həkiminə apardıq. Orada müayinədən sonra məlum oldu ki, sol böyrəyinin 90%-ni tamamilə tutan və aydın olmayan törəmə var. Bizə məsləhət gördülər MRT müayinəsi edək. MRT müayinəsindən sonra sol böyrəkdə Vilms törəməsi aşkar olundu.

Təcili uşağı Milli Onkologiya Mərkəzinə apardıq. Orada bizə dedilər ki, sol böyrək tamamilə çıxarılmalıdır, çünki şiş börəyin fəaliyyətini tamamilə dayandırıb. Bizə izah etdilər ki, uşaq onsuz da bu müddət ərzində bir böyrəklə yaşıyırmış və bu törəməni təcili çıxartmaq lazımdır.

Uşaq dərhal əməlliyyat olundu. Həkimin dediyinə görə, şiş böyrəkdən dalağa da keçdiyi üçün məcbur qalıb dalağı da götürdülər”.

Hazırda uşağa 28 həftə kimyaterapiya və 14 gün şüa təyin olunduğunu deyən Elayın atası müalicə xərclərini qarşılamaq üçün xeyirxah insanlardan yardım istəyir:

“Buna qədərki prosedurları qohum və dostların köməyi, dəstəyi ilə həyata keçirdik. Hətta bəzi tanışlardan borca pul da götürdüm. Lakin artıq Elayın müalicəsini davam etdirməyə imkanımız yoxdur. İki azyaşlı uşaqla Ramana qəsəbəsində kirayə tutduğumuz kiçik evdə yaşayırıq. Yoldaşım uşaqlara baxdığı üçün işləmir. Ailədə yalnız mən işlədiyim üçün maddi imkanımız elə də yaxşı deyil, pandemiya isə vəziyyətimizi bir qədər də çətinləşdirib.

Qızımızın gözümüzün qarşısında əzab çəkməsi bizə çox pis təsir edir. Allah heç kimi, heç bir valideyni övladı ilə sınağa çəkməsin. Bu sınaqdan çıxmağımız, Elayın sağalması üçün xeyirxah, mərhəmətli insanlardan kömək istəyirik. İnanırıq ki, səsimizə səs verənlər tapılacaq və Elayımız tezliklə sağlamlığına qovuşacaq”.

Aşağıda tibbi sənədlərin nüsxəsini və bank rekvizitlərini dərc edirik. Ümid edirik ki, xeyirxah insanlar Elayın valideynlərinin səsinə səs verəcək və Elayın sağalması üçün kömək edəcəklər.

Elxan Cahandarov (Elayın atası): (050) 999-96-29

Elaya həyat mübarizəsində qalib gəlməyə dəstək olaq. Yardım edən hər kəsə Tanrı yar olsun!

1news.az

 

Paylaş:
1098

Son xəbərlər

Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33
Bütün xəbərlər