Komitə: Xırdalandakı uçquna görə, 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə: Xırdalandakı uçquna görə, 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib

15:03 - 29 / 11 / 2020
Komitə: Xırdalandakı uçquna görə, 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib

Noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Komitənin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Qafar Ağayev 

Paylaş:
498

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər