Kontakt Home-dan unikal xidmət – AZƏRBAYCANDA İLK DƏFƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Kontakt Home-dan unikal xidmət – AZƏRBAYCANDA İLK DƏFƏ

13:00 - 02 / 04 / 2020
Kontakt Home-dan unikal xidmət – AZƏRBAYCANDA İLK DƏFƏ

Kontakt Home Azərbaycanda ilk dəfə olaraq mağazalardan onlayn video-konsultasiya xidmətini istifadəyə verib.

Respublikada tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq, ticarət obyektlərində yerində xidmətin ləğv olunmasından sonra müştəri məmnuniyyətini təmin etmək və onlara operativ xidmət göstərmək üçün şəbəkə belə bir xidməti təqdim etmək qərarına gəlib.

Onlayn video-konsultasiya xidməti belə işləyir:

Müştəri adını, soyadını, aktiv nömrəsini, maraqlandığı məhsul və ya kateqoriyanı Kontakt Home-un sosial şəbəkə hesablarına yazaraq və ya *6060 Çağrı Mərkəzinə zəng edərək bildirir. Çox qısa zaman ərzində satış təmsilçiləri elə mağazadan WhatsApp vasitəsilə müştəriyə videozəng edərək müştərinin maraqlandığı məhsulların detallarını ona göstərir, xarakteristikasını və istifadə qaydasını izah edir, müştərinin suallarını cavablandırır. Daha sonra müştəri bəyəndiyi məhsulu sifariş edə bilər. Sifariş gün ərzində, pulsuz və tam təhlükəsiz onun ünvanına çatdırılacaq. Videozəng zamanı müştərilər, rahatlıqları üçün öz görüntülərini bağlaya bilər.

Qeyd edək ki, müştərilər sevdikləri məhsulları həm də 7/24 fəaliyyət göstərən www.kontakt.az saytından 1 kliklə sifariş verə bilərlər. Sifariş GÜN ƏRZİNDƏ, PULSUZ və TƏHLÜKƏSİZ qaydada istənilən ünvana çatdırılacaq. Çatdırılma Bakı, Sumqayıt, Xırdalar, Abşeron, Gəncə, Masallı və Qəbələ şəhərləri daxilində həyata keçirilir. Məhsulları istər nağd, istər taksit, istərsə də 24 ayadək faizsiz şərtlərlə sifariş etmək mümkündür.

Reklam hüququnda

Paylaş:
537

Son xəbərlər

Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07
Bütün xəbərlər