ru

Dünya

8 Noyabr saat 14:06

Köpək balığının mədəsindən barmağında nişan üzüyü olan insan əli çıxdı

Köpək balığının mədəsindən barmağında nişan üzüyü olan insan əli çıxdı

Köpək balığının mədəsindən barmağında nişan üzüyü olan insan əli çıxıb.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Hind okeanındakı adaların birində dincələn turisti köpək balığı parçalayıb.

Kimsəsiz adada köpək balığına yem olan şəxsin adı açıqlanmasa da, onun ingilis əsilli olduğu deyilir.

44 yaşlı kişi Şotlandiyada doğulub. O, xanımı ilə birlikdə Hind okeanındakı adanın yaxınlığında üzərkən köpək balığı onu yeyib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl bir qadın polisə müraciət edərək ərinin adada itkin düşdüyünü söyləyib.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur