Koronavirusa görə İrandan gətirilən məhsullar bahalaşacaq – EKSPERT | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusa görə İrandan gətirilən məhsullar bahalaşacaq – EKSPERT

14:55 - 24 / 02 / 2020
Koronavirusa görə İrandan gətirilən məhsullar bahalaşacaq – EKSPERT

İranda koronavirusun yayılması İrandan Azərbaycana gətirilən məhsulların həcminə və strukturuna təsir göstərəcək.

Bunu 1news.az-a açıqlamasında tanınmış iqtisadçı ekspert Vüqar Bayramov deyib.

“İran Azərbaycan üçün vacib ticarət tərəfdaşlarından biridir. İran-Azərbaycan arasında ticarət dövriyyəsi 446 milyon dollardır. 404,8 milyon dolları İrandan Azərbaycana idxaldır, 31,2 milyon dolları Azərbaycanın İrana ixracıdır.

Göründüyü kimi biz İrandan daha çox məhsul idxal edirik. Bu baxımdan Azərbaycanın İrandan idxalı ölkəmizin İrana ixracından 13 dəfə çoxdur. Bütün bunları nəzərə alsaq belə nəticəyə gələ bilərik ki, İranda koronavirusun yayılması İrandan Azərbaycana gətirilən məhsulların həcminə və strukturuna təsir göstərəcək”.

Faiz etibarı ilə İrandan Azərbaycana daha çox kənd təsərrüfatı və qida məhsullarının idxal edildiyini deyən eksper hesab edir ki, buna görə də bu məhsullar bahalaşacaq:

“Azərbaycana İrandan daha çox kənd təsərrüfatı məhsulları gətirilir. Eyni zamanda quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir.

Əgər koronavirusun miqyası genişlənərsə, İrandan Azərbaycana məhsul gətirilməsi dayanarsa, bu, böyük bahalaşmaya səbəb olacaq. Xüsusən kənd təsərrüfatı məhsullarının qiymətinə ciddi təsir göstərəcək. Çünki qiyməti daha ucuz olan kənd təsərrüfatı məhsulları Azərbaycana İrandan gətirilir. Əgər bu məhsulların idxalında çətinliklər yaranarsa, təbii olaraq onların qiyməti artacaq”.

V.Bayramovun sözlərinə görə, hələlik İrandan idxal edilən yüngül sənaye məhsullarının qiymətində qida məhsullarında olduğu kimi ciddi artımlar proqnozlaşdırılmır:

“Koronavirusun yayılma səviyyəsi nəzərə alınsa, həmin məhsullarının idxalının davam etməsi, həm də bu məhsulların alternativ olaraq Rusiya və Türkiyədən idxal olunması hesabına kompensasiya edilə bilər.

Amma ucuz kənd təsərrüfatı məhsullarının idxalını Türkiyə hesabına kompensasiya etməkdə müəyyən çətinliklər var. Bu da Türkiyədən idxal edilən kənd təsərrüfatı məhullarının qiymətinin İranla müqayisədə yüksək olması ilə bağlıdır”.

1news.az

Paylaş:
589

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər