Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb – FOTO

16:12 - 06 / 12 / 2019
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb – FOTO

Dekabrın 6-da Lənkəranda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, KOBİA-nın, yerli icra hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), “RabitəBank” ASC-nin və sahibkarların iştirakı ilə təşkil edilmiş tədbirdə “KOB Dostu” mexanizmi, bu dəstəyin sahibkarlar üçün faydası, eləcə də AKİA-nın “Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi layihəsi” barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ötən 2 il ərzində KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər və “KOB Dostu”nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər, Lənkəran Şeher İcra Hakimiyyəti başçısının müavini Xalid Rehimov isə Lenkeranın sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fealiyyeti barədə məlumat verib, “KOB Dostu”nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olduğu vurğulanıb.

Tədbirdə həmçinin, “KOB Dostu” mexanizminə dair təqdim keçirilib, AKİA-nın “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi”nin agent bankı olan “RabitəBank”ın nümayəndəsi tərəfindən layihə və bankın KOB-lar üçün digər xidmətləri barədə məlumat verilib.

Sonra tədbir iştirakçıları Lənkəranda Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar.

Həmin gün həmçinin, Cəlilabad rayonunda da “KOB Dostu” fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə KOB dostlarının sayı 20-yə çatıb.

Regionda sahibkarlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin  və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinə KOBİA terefinden göstərilən dəstək tədbirləri, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonda sahibkarlığın inkişafı barədə məlumat verib, sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət ediblər.

“KOB Dostu” Cəlilabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək və burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Digər “KOB Dostu” ofislərində olduğu kimi, Lənkəran və Cəlilabad rayonlarında da KOB dostları ilə birgə “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir.

S.Xankişiyeva

Paylaş:
744

Son xəbərlər

“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18
Bütün xəbərlər