Los Ancelesdə erməni lobbisinin Qarabağ həqiqətlərinə həsr olunmuş tədbirə mane olmaq cəhdi uğursuz olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Los Ancelesdə erməni lobbisinin Qarabağ həqiqətlərinə həsr olunmuş tədbirə mane olmaq cəhdi uğursuz olub – FOTO

10:44 - 15 / 11 / 2019
Los Ancelesdə erməni lobbisinin Qarabağ həqiqətlərinə həsr olunmuş tədbirə mane olmaq cəhdi uğursuz olub – FOTO

Los Ancelesdə fəaliyyət göstərən, ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan Nessah Sinaqoqunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin ifşasına həsr olunmuş geniş tədbir keçirilib.

1news.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, 400-dək iştirakçının, o cümlədən tanınmış din xadimlərinin, müxtəlif nüfuzlu yəhudi təşkilatlarının rəhbərlərinin, jurnalistlərin, elm və mədəniyyət xadimlərinin, universitet professorlarının, xarici ölkələrin diplomatlarının qatıldığı tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilib.

Yarım milyon erməninin yaşadığı və Nikol Paşinyanın “erməni diasporu”nun paytaxtı adlandırdığı Los Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. Ancaq erməni lobbisinin tədbirin qarşısını almaq cəhdləri uğursuzluqla nəticələnib.

Tədbirdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, icma üzvləri Gülməmməd Məmmədov və Xocalı şahidləri Dürdanə Ağayeva və Ceyhun Ələkbərov iştirak ediblər.

Azərbaycanın, ABŞ-ın və İsrailin dövlət himnlərilə başlayan tədbirdə Azərbaycan himninin son sözləri bütün tədbir iştirakçıları tərəfindən birgə ifa edilib.

Tədbirdə çıxış edən Sinaqoqun baş ravvini Devid Şofet, Sinaqoqun rəhbərlərindən olan İsaak Yomtovian və Aşe Eşağpur, eləcə də IAJF təşkilatının prezidenti Susan Əzizzadə dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan Prezidentinə və xalqına öz təşəkkürlərini çatdırıblar.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev multikulturalizmin bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında böyük uğurla həyata keçirildiyini, Azərbaycan tolerantlığının bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə geniş məlumat verən N.Ağayev bu ədalətsizliyin bu gün də davam etdiyini diqqətə çatdırıb. Diplomat bildirib ki, həm işğal, həm də azərbaycanlı məcburi köçkünlərin elementar insan haqlarının Ermənistan tərəfindən kobudcacına pozulması barədə ABŞ ictimaiyyətini məlumatlandırmaq üçün Dağlıq Qarabağın azərbaycanlı icması Los Ancelesə səfərə gəlib və bu onların icma olaraq xaricə ilk səfəridir.

Daha sonra çıxış edən Tural Gəncəliyev, Gülməmməd Məmmədov və Dürdanə Ağayeva Ermənistanın təcavüzü nəticəsində özlərinin və ailə üzvlərinin məruz qaldıqları iztirabları, işğal olunmuş ərazilərdə məcburi köçkünlərə məxsus evlərin dağıdılması, ya da satışa çıxarılması, tarixi, dini və mədəniyyət abidələrimizin, qəbirstanlıqların tamamilə məhv edilməsi və ya alçaldılması kimi vəhşilikləri konkret faktlarla bölüşüblər.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar Azərbaycana qarşı bu ədalətsizliyi qınadıqlarını bildirərək, bu haqda əldə etdikləri məlumata görə təşəkkürlərini bildiriblər.

S.Xankişiyeva

Paylaş:
607

Son xəbərlər

Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32
Bütün xəbərlər