LSS MFL 2019/20 Liqasının IX və X turları: TOTA zirvədəki yerini qorudu, “Rəcəbspor” liderə məğlub oldu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının IX və X turları: TOTA zirvədəki yerini qorudu, “Rəcəbspor” liderə məğlub oldu – FOTO – VİDEO

17:20 - 22 / 11 / 2019
LSS MFL 2019/20 Liqasının IX və X turları: TOTA zirvədəki yerini qorudu, “Rəcəbspor” liderə məğlub oldu – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 9-cu və 10-cu turların oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 9-cu turda İnfinity konferensiyasının ən qollu qarşılaşması “Veteran” və “Driffters” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 15 qol. Çempionatın favoritlərindən olan “Tiyagani” komandası isə rəqibini 8:0 hesabı ilə darmadağın etməklə növbəti qələbəsini qazanaraq məğlubiyyətsizlik seriyasını davam etdirib.

9-cu turda Platinum konferensiyasında liderlər növbəti qələbələrini qazandılar. “Peçat Dönər” – “Patriot” görüşündə isə qapılara 13 qol vuruldu – 9:4.

Qeyd etdiyimiz kimi, bu həftə həm də 10-cu turun oyunları baş tutub. Nəzərinizə çatdıraq ki, turun bütün oyunları bir dəqiqəlik sükutla başlayıb. Belə ki, komandalar oyunun start fiti veriməzdən öncə 28-ci ildönümü tamam olan Qarakənd faciəsi qurbanlarının əziz xatirəsini yad ediblər.

Mövsümün 10-cu turunda İnfinity konferensiyasında ən böyükhesablı qələbəyə “Chelsea Baku” komandasının qapısından 6 cavabsız top keçirən “Squadra” imza atdı. TOTA komandası da turu qələbə ilə başa vuraraq liderliyini qorudu.

10-cu turda Platinum konferensiyasında da ən qollu qarşılaşmada qapılara 15 qol vuruldu. “Maisan” “Gres Severnıy” komandasından üstün oldu – 12:3. “Turkuye” – “Keşlə İMSİ” matçının taleyini isə bir qol həll etdi.

İnfinity konferensiyasının 10-cu turu çərçivəsində baş tutan “Tiyagani” – “Galaxy” oyunu böyük maraqla gözlənilirdi. Kifayət qədər gərgin mübarizə şəraitində keçən görüş birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

“Tiyagani” futbolçularının qələbə sevinci

Həftənin ən maraqlı qarşılaşmalarından biri Platinum konferensiyasının 10-cu turu çərçivəsində lider “Muğanbank”la çempionluq uğrunda mübarizə aparan “Rəcəbspor” komandaları arasında baş tutub. Futbol həvəskarları bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər.

MFL-in səhifəsində canlı yayımlanan görüşün yekununda rəqibinə 3:1 hesabı ilə qalib gələn “bankirlər” əbəs yerə öz konferensiyalarının lideri olmadıqlarını bir daha sübut etdilər. “Rəcəbspor” isə mövsümdəki üçüncü məğlubiyyətini aldı.

Həftə “Dənizkənarı Bulvar İdarəsi” üçün uğurlu oldu. 9-cu turda “Mübariz”i 4:1, 10-cu turda isə “Lökbatan”ı 3:0 hesabı ilə məğlub edən adıçəkilən komanda play-off mərhələsinə vəsiqə qazanmaq yolunda çox vacib xallar qazandı.

“Dənizkənarı Bulvar İdarəsi” bu həftə məğlubedilməz oldu

5 maraqlı fakt

Bu həftə keçirilən 9-cu və 10-cu turlarla bağlı ən maraqlı 5 faktı təqdim edirik:

1.Geridə qalan 9-cu tur kifayət qədər məhsuldar alındı. Qalib komandalar rəqibin qapısını sözün həqiqi mənasında topa tutdular.

2. 10-cu turun bütün oyunları bir dəqiqəlik sükutla başlayıb. Belə ki, komandalar oyunun start fiti veriməzdən öncə 28-ci ildönümü tamam olan Qarakənd faciəsi qurbanlarının əziz xatirəsini yad ediblər.

3. “Kapital Bank” – “BOS Shelf” görüşü olduqca gərgin keçdi. “Kapital Bank” komandası oyunun sonuna yaxın 1:2 hesabı ilə geridə olsa da, son dəqiqələrdə vurduğu qollarla qələbəni bayram edib. Bu qələbə sayəsində “bankirlər” turnir cədvəlində rəqibi ilə xal fərqini ikiyə endiriblər.

4. 10-cu tur əsl Fair-Play ruhunda keçib desək yanılmarıq. Belə ki, sonuncu turda oyunçulardan heç kimə qırmızı vərəqə göstərilməyib. Bu isə sevindirici haldır.

5. Bu həftə çempionluq uğrunda mübarizə aparan komandalardan birinin uduzması ilə yadda qaldı. Belə ki, “Avengers”lə qarşılaşan “Peçat Dönər” favorit olduğu görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb. Bu həm də “Peçat Dönər”in mövsüm ərzində aldığı ilk məğlubiyyət olub.

Geridə qalan 10 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 10 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Aşağıda 25 noyabr tarixində İnfinity konferensiyasının 11-ci turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Aşağıda 26 noyabr tarixində Platinum konferensiyasının 11-ci turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Aşağıda 27 noyabr tarixində İnfinity konferensiyasının 12-ci turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Aşağıda 28 noyabr tarixində Platinum konferensiyasının 12-ci turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
920

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər