LSS MFL 2019/20 Liqasının XXII turu: “Squadra” bir qola sevindi, “Beerbaşa”dan darmadağın – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XXII turu: “Squadra” bir qola sevindi, “Beerbaşa”dan darmadağın – FOTO – VİDEO

16:00 - 21 / 02 / 2020
LSS MFL 2019/20 Liqasının XXII turu: “Squadra” bir qola sevindi, “Beerbaşa”dan darmadağın – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 22-ci turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 22-ci turda İnfinity konferensiyasında liderlər növbəti qələbələrini qazanıblar. Məğlubiyyətsiz lider “Squadra” “Lökbatan”ın qapısından üç cavabsız top keçirib. “Chelse Baku” ilə görüşən “Universal” da turu quru hesabla başa vurub – 5:0.

Ən böyükhesablı qələbəyə “Xəzər Astara” komandası imza atıb. “Army United”lə qarşılaşan “cənunblular” rəqib üzərində 16:2 hesablı qələbəni qeyd ediblər.

22-cü turda Platinum konferensiyasında lider “Beerbaşa” “Gres Severnıy”la görüşdə 13:4 hesabı ilə qalib gələrək zirvədəki yerini qorudu. “Grand” – “Bakı Abadlıq” görüşündə də qapılara 17 top vuruldu – 9:8.

“AgroSport”un rəqibi “Ümid Üçtəpə”nin qapısından 5 cavabsız top keçirdiyi turda “Peçat Dönər” “Binə”ni 8:1 hesabı ilə məğlub edib.

Həftənin ən maraqlı qarşılaşmalarından biri İnfinity konferensiyasında “Squadra” ilə “Tiyaqani” komandaları arasında baş tutub. Futbol həvəskarları ötən turlardan təxirə salınmış matçda bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər.

MFL-in səhifəsində canlı yayımlanan görüş birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Squadra” komandası liderlər arasında öz mövqeyini qoruyub saxlamağı bacarmaqla yanaşı, maksimum nəticə göstərməkdə də davam edib. “Tiyaqani” isə mövsümdə ikinci məğlubiyyətini alıb.

“Xəzər Astara” – “Army United” qarşılaşmasında böyükhesablı darmadağın baş verdi, Xəzər öz sularına qərq etdi sanki.

MFL-in təcrübəli oyunçularından olan, keçmişdə “Baku Eagles”, “Vur Komandir”, “Beerbaşa” və “Peçat Dönər”, hazırda isə “Xəzər Astara” komandasında çıxış edən, fevralın 17-də isə rəqib “Army United”in qapısından 7 qol keçirən Ceyhun Mürşüdlünün müsahibəsini təqdim edirik.

22-ci turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

 

Geridə qalan 22 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 22 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
673

Son xəbərlər

Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54
Bütün xəbərlər